Digər idman növləri
Taekvondo üzrə məşqçi-müəllimlərin seminarı başlayıb
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı başlayıb.
Futbolinfo.az xəbər verir ki, ATF-nin texniki direktoru Oh Kvanq Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.
Seminardan öncə ATF-nin vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüblər. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıblar.
Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)