Milli komanda
Tanzaniya və Monqolustan yığmaları Bakıya gəlir
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
FİFA “FİFA series” adlanan yeni layihəyə start verir. Yeni layihəyə əsasən, FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini-turnir təşkil olunacaq.
Müxtəlif qitələrdə mini-turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.
İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumatın (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcəyi bildirilib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Digər idman növləri2024-07-13 16:46
Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı