Dünya futbolu
Ten Haqdan narazılıq artır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yetirmələrinin etimadını tədricən itirir. Bu bu barədə “Sky Sports” məlumat yayıb.
Belə ki, niderlandlı mütəxəssis futbolçuların yarısının inamını itirib. Bunun baş verməsinin əsas səbəbi kimi onun oyunçuların qaldırdığı məsələlərə cavab verməməsi, həmçinin Ceydon Sançonu komandadan “qovmasıdır”.
Bəzi futbolçuların komandada baş verənləri anlamadığı bildirilir. Bir çoxu isə oyun tərzindən narazıdırlar. Məşq prosesinn uzun, yorucukeçdiyini düşünənlər də var.
Bundan əlavə, “qırmızı şeytanlar”ın bəzi təcrübəli oyunçuları Erik ten Haqla komandada bəzi şeylərin doğru yöndə inkişaf etmədiyi barədə danışıblar. Onlar ona böyük klublarda oynamaq təcrübələrindən bəhs edərək daha humanist olması gərəkdiyini bildiriblər.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə “Mançester Yunayted” 14 oyundan 24 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” lider “Arsenal”dan 9 xal geri qalır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə