Dünya futbolu
TFF UEFA-ya “Beşiktaş”ın stadionunu təklif etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı ildə Avropa Liqası, 2027-ci ildə isə Avropa Konfrans Liqasının final oyunu üçün namizədliyini verdikləri stadionun adını açıqlayıb.
Futbolinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, TFF-nin İdarə Heyətinin qərarına əsasən, UEFA-ya “Beşiktaş Park Stadion”un adı göndərilib.
Avropa futbol qurumunun sözügedən final qarşılaşmaları ilə bağlı yekun qərarı 2024-cü ilin mayında baş tutacaq iclasda bəlli olacaq.
Namizədliyi irəli sürülən arena “Beşiktaş” klubuna məxsusdur.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)