Dünya futbolu
“The Best”: Messinin seçimi məlum oldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“The Best” mükafatına layiq görülən Lionel Messi səsvermədə 5 xalı Erlinq Halanda (“Mançester Siti”, Norveç) verib.
Futbolinfo.az FİFA-nın saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Kilian Mbappeyə 3 (PSJ, Fransa), Xulian Alvaresə (“Mançester Siti”, Argentina) 1 səs ünvanlayıb.
Ümumi səsvermənin yekununda Lionel Messi “The Best”ə layiq görülüb. Erlinq Haland 2-ci yeri, Kilian Mbappe isə 3-cü yeri tutub.
Messi özü “The Best”in mükafatlandırılma mərasiminə qatılmayıb. Yayılan xəbərlərə görə, onun bu qərarı verməsinə səbəb “The Best” mükafatını qazanacağına inanmaması olub. 36 yaşlı hücumçu karyerasında 3-cü dəfə bu mükafatı əldə edib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)