Ölkə futbolu
“Torino” rəsmisi Musa Qurbanlı ilə bağlı “Futbolinfo”ya danışdı
Son günlər “Qarabağ”ın hücumçusu Musa Qurbanlı haqda İtaliya mətbuatında fərqli xəbərlər çıxır. Onu Azərbaycanın Kvaratsxeliyası sayanlar da var, istedadının daha çox yüksəlməyə imkan verəcəyindən bəhs edənlər də.
Ən son olaraq, millimizin 20 yaşlı forvardının “Torino”nun maraq dairəsinə düşməsi barədə xəbərlər ortaya çıxıb. İtaliya mətbuatının iddiasına görə, gənc forvardı Türkiyə təmsilçiləri yaxından izləyir. Lakin onun Turin klubuna keçidi daha yüksək qiymətləndirilir. Azərbaycan millisinin baş məşqçisi italiyalı Canni De Byazi olduğundan, turinlilər məhz həmyerlilərinin sayəsində Qurbanlının transferində üstünlük qazanmağa çalışırlar.
Xüsusilə “Torino”nun idman direktoru Davide Vaqnatinin Musaya böyük ümid bəslədiyi bildirilir. Gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini azərbaycanlı futbolçu ilə gücləndirməkdə maraqlıdır.
Xəbəri dəqiqləşdirmək üçün Davide Vaqnati ilə əlaqə saxladıq. “Torino” rəsmisi futbolinfo.az-a açıqlamasında məlumatı təkzib etdi: “Mən Musa Qurbanlı adında futbolçu tanımıram. Bu söhbətlər doğru deyil. Hazırda belə bir planımız yoxdur”.
Vaqnatinin klub rəsmisi olduğunu nəzərə alsaq, danışıqları gizlətmək üçün bu cür açıqlamadan istifadə edə bilər. Vaxtilə “Krasnodar” rəsmiləri də Kadi Borgesi tanınadıqlarını saytımıza açıqlamış, 3 gün sonra transferi rəsmiləşdirmişdilər. Təki Vaqnati də bizi aldatsın, amma bu transfer reallaşsın.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları