Ölkə futbolu
“Torino”nun əsas transfer hədəfi – Musa Qurbanlı
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı hücumçu “Torino”nun maraq dairəsinə düşüb.
İtaliya mətbuatının iddiasına görə, gənc forvardı Türkiyə təmsilçiləri də yaxından izləyir. Lakin onun Turin klubuna keçidi daha yüksək qiymətləndirilir. Azərbaycan millisinin baş məşqçisi italiyalı Canni De Byazi olduğundan, turinlilər məhz həmyerlilərinin sayəsində Qurbanlının transferində üstünlük qazanmağa çalışırlar. Amma klubun istedadlı oyunçunu heyətə cəlb etmək üçün “Qarabağ”ı qane edəcək təklif göndərməli olduğu da qeyd olunur.
Xüsusilə “Torino”nun idman direktoru Davide Vaqnatın Musaya böyük ümid bəslədiyi bildirilir. Gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini azərbaycanlı futbolçu ilə gücləndirməkdə maraqlıdır. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Vaqnat, daha bir qafqazlının A Seriyası üçün yeni kəşf olacağına ümid bəsləyir.
Xatırladaq ki, Qurbanlının “Qarabağ”la müddəti 2026-cı ilin yayına qədər olan müqaviləsi var.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları