Ölkə futbolu
Tovuzda ara qarışdı, baş hakim raport yazdı
Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Turan Tovuz”la “Neftçi” arasındakı ilk oyun qalmaqalla bitib. Qarşılaşmadan sonra paytaxt klubunun rəsmiləri hakimlərdən narazılıq edib.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, bakılıların nümayəndələri hakimlər otağına girməyə cəhd edib, ədalət təmsilçilərinin bəzi qərarlarına etirazını bildirib. Asayiş keçikçiləri olayların böyüməsinin qarşısını alıb.
Lakin oyunun baş hakimi Rəşad Əhmədov başverənləri protokola qeyd edib. AFFA İntizam Komitəsinin onun raportuna əsasən, qonaqlara cəza verəcəyi gözlənilir.
Xatırladaq ki, matç meydan sahibi olan “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə bitib.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var