Premyer-liqa
“Turan Tovuz” – “Sabah” oyununun biletləri satışda!
Premyer Liqanın 29-cu turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.
Futbolinfo.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 6 aprel tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
Oyundan sonra klubun rəsmi tərəfdaşı olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…