Dünya futbolu
Türkiyə Super Liqasında ilk çinli futbolçu
“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Türkiyə klubu Çin yığmasının müdafiəçisi Vu Şaokunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çinin “Quançjou” klubundan gələn 22 yaşlı mərkəz müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb.
Şaokun “Quançjou”nun öz yetirməsidir. O, icarə əsasında “Kioto Sanqa”da da forma geyinib, Çin millisində isə 2 matça çıxıb.
Vu Şaokun Türkiyə Super Liqasında forma geyinəcək ilk çinli futbolçu kimi tarixə düşəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…