Ölkə futbolu
Türkiyədə Şeydayevdən narazıdırlar
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” uğursuz çıxışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, I Liqanın XXV turunda “Ərzurumspor”un qonağı olan Kocaeli təmsilçisi qolsuz bərabərə qalıb. Çempionatın son 4 oyununda qələbə üzü görməyən komanda nəinki birinci yerə iddiasını itirib, hətta üçüncü pillədəki mövqeyini də təhlükə altına atıb.
Bu eniş yerli futbol ictimaiyyətinin rəhbərliyi sərt tənqid etməsinə səbəb olub. Əksəriyyət əsas problemi qış fasiləsində edilən transferlərdə görür.
Təbii ki, Şeydayev də bu mənada xüsusi vurğulanır. Türklər onun layiq olduğundan artıq məbləğ aldığını düşünür: “Şeydayev 850 min avro qarşılığında müqavilə imzaladı. Bu məbləğə I Liqaya gələn oyunçu özünü ulduz kimi göstərməlidir. Ancaq o, həvəskar futbolçu təəssüratı yaradır. Nə Şeydayev, nə də digər transferlər ümidləri doğrultdu”.
Qeyd edək ki, Ramil Şeydayev “Ərzurumspor”la oyunun 78-ci dəqiqəsində meydana çıxıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı