Milli komanda
Türkiyəli futbolçu: “Azərbaycanla oyunun önəmi böyükdür”
Türkiyənin 21 yaşadək futbolçulardan ibarət yığma komandası iyunun 17-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək. “Esenyurt Necmi Kadıoğlu” stadionunda baş tutacaq qarşılaşma yerli futbolçular üçün böyük önəm kəsb edir.
Futbolinfo.az xəbər verir ki, xüsusən də, “Hatayspor”un hücumçusu Bertuğ Yıldırım yığmamızla qarşılaşmanı səbirsizliklə gözləyir.
Ötən mövsümü icarə əsasında “Antalyaspor”da keçirən 20 yaşlı forvard əsas milliyə keçid baxımından bu matçın vacib olduğunu bildirib: “Bu qarşılaşmada özümü göstərmək, əsas millinin baş məşqçisi Ştefan Kuntzun diqqətini çəkmək istəyirəm. Buna görə də Azərbaycanla oyunun mənim üçün önəmi böyükdür”.
Qeyd edək ki, Bertuğ Yıldırım geridə qalan mövsüm 30 oyunda 6 qol, 3 assistlə diqqət çəkib. İstanbuldakı Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.