Ölkə futbolu
Tərtərdə stadionun inşası başlandı
Tərtər şəhər mərkəzi stadionunda təmir-bərpa işlərinə başlanılıb. Hazırda stadionun ərazisində torpaq işləri görülür, ilk olaraq futbol meydançası hazırlanır.
Stadion ikimərtəbəli inzibati bina, əsas meydança və iki ehtiyat meydançadan ibarət olacaq. Stadionun inzibati binasında soyunub-geyinmə, iş otaqları, su, kanalizasiya, istilik və işıqlandırma sistemlərin qurulması nəzərdə tutulub.
Yeni stadionun tamaşaçı tutumunun 2000-2500 civarında olacağı gözlənilir. Daha sonra isə tribunanın və digər tikililərin inşasına başlanacaq.
İnşaat işlərinin 2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.
BƏHRUZ MUSAYEV
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər