Digər idman növləri
Üçüncü yer uğrunda ilk oyun keçirildi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilib.
Futbolinfo.az xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma 95:79 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.
Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.
Sabah final seriyasının ilk oyununda “Xəzri” və “Sabah” kollektivləri qarşılaşacaqlar.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)