Ölkə futbolu
UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.
Futbolinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.
“Olimpiya” Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə (1:1) edən “köhlən atlar” turnirin qrup mərhələsinə yüksəlib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə