Ölkə futbolu
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi
Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan 13.625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.
“Qarabağ”ın İsraildə Konfrans Liqası çərçivəsində “Aşdod” üzərindəki qələbəsi (1:0) ölkəmizin aktivinə daha 0.250 xal qazandırıb.
Daha əvvəl “Neftçi” 0.500, “Sumqayıt” isə 0.125 xal gətirib. Bununla da cari mövsüm Azərbaycan təmsilçilərinin qazancı 1.000-ə çatıb.
Azərbaycandan öndə qərarlaşmış Sloveniyanın hesabında 14.125 reytinq xalı var. Ölkəmizi 13.500 xalla Polşa izləyir.
Qeyd edək ki, siyahıya 87.926 xalla İngiltərə başçılıq edir. İspaniya (80.570) ikinci, İtaliya (63.473) isə üçüncüdür.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi