Dünya futbolu
Valensiyadan daha bir ilk
“Fənərbaxça”nın hücumçusu Enner Valensiya daha bir ilkə imza atıb.
Futbolinfo.az xəbər verir ki, o, İstanbul təmsilçisinin heyətində 2006/07 mövsümündən etibarən Super Liqada ardıcıl 6 oyunda qol vuran ilk futbolçuya çevrilib.
Ekvadorlu futbolçu bunu Türkiyə Super Liqasının 26-cı turunun “Beşiktaş”la ev oyununda qol vurmaqla gerçəkləşdirib. Penaltidən fərqlənən hücumçu daha bir 11 metrlik zərbəni də boşa verib. Yekunda isə onun komandası 2:4 hesablı məğlubiyyətə üzülüb.
Xatırladaqki, Valensiya “Beşiktaş”a qədər “Alanyaspor”, “Kayserispor”, “Konyaspor”, “Adana Dəmirspor” və “Kasımpaşa” ilə matçlarda da rəqiblərin qapısına yol tapmışdı.
Valensiya bu mövsüm vurduğu 30 qolla “Fənərbaxça”nın ən yaxşı bombaridir.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq