Bizi izləyin

Müsahibə

Vaqif Cavadov: “Yığmaya kimi təyin etsələr, de Byazidən pis olmayacaq”

blank
blank

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi

– Son günlər ən çox müzakirə olunan məsələlərdən biri Emin Mahmudovun İordaniya ilə yoldaşlıq görüşündə fərqlənərək, millidəki qol sayını 11-ə çatdırmasıdır. Kapitanın Qurban Qurbanova məxsus 14 qolluq rekordunu qırmaq perspektivini necə görürsünüz?

– Üç oyuna üç qol vurmaq da mümkündür. Kiminsə bu məqsədi güddüyünə inanmıram. 31 yaşı olmasına baxmayaraq, Emin bundan sonra yığmada hələ çox oyun keçirəcək. Şans, istək öz yerindədir. Təki rekordu yeniləsin, milliyə xeyir versin. Çünki onun vurduğu hər qol milliyə köməkdir.

– Əvvəlki illərlə müqayisədə milli komandalar indi il ərzində daha çox oyun keçirirlər. Bunu Emin Mahmudov üçün üstünlük saymaq olar?

– Əlbəttə ki, böyük üstünlükdür. Oyunların sayının çox olması mütləq müsbət təsirini göstərəcək. Yoldaşlıq görüşləri də tez-tez keçirildiyindən, Eminin rekordu yeniləmək şansı yüksəkdir.

– Vaxtilə sizin bu rekordu qırmaq şansınız daha yüksək qiymətləndirilirdi. Amma aktivinizə 9 qol yazdırsanız da, millidə sonuncu oyununuzu 25 yaşınızda keçirdiniz. Sizə nə mane oldu?

– Sadəcə, mənə bu imkanı yaratmadılar. Karyeramın son illərində millidə oynamadım. Bəzi insanlar niyə çağırılmadığımı yaxşı bilirlər. Bu məsələyə qayıtmaq istəmirəm. Mən də 31-32 yaşıma kimi oynasaydım, 14 yox, ən azı 18-19 qol vurardım. Açığı, futbol oynadığım dövrdə rekord barədə düşünmürdüm. Karyeramı erkən yaşda bitirməli oldum. Mənə maneçilik törədənlər də biləcəklər ki, Azərbaycan futbolu yalnız onlardan ibarət deyil. Futbol azarkeş üçündür. Kimin rekord qırmasına çox önəm verməməliyik. Sadəcə, futbolumuza köklənməli, yeni simalar üzə çıxarmalıyıq ki, Azərbaycan millisi qrupda 1 yox, ən azı 10-12 xal toplaya bilsin. İndi yığmanın oyununda 4000-5000 nəfərlik stadion güc-bəla ilə dolur. Elə oynamaq lazımdır ki, komandanı dəstəkləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna 30 min nəfər yığışsın. Heç bir futbolçu ilə prinsip aparmaq olmaz. Bizim elə çox futbolçumuz yoxdur ki, üzdə olanlardan hansısa biri ilə prinsip aparaq, onu incidək.

– Yığmanın Belçika (0:1) ilə AVRO-2024-ün seçmə mərhələ və İordaniya (2:1) ilə yoldaşlıq görüşündəki çıxışını necə qiymətləndirirsiniz?

– Aydın məsələdir ki, İordaniya ilə matç heç bir əhəmiyyət daşımırdı. İstənilən halda, qələbə hər zaman sevindiricidir. O ki qaldı Belçika ilə oyuna, bu, yığmanın indiyə qədər keçirdiyi ən yaxşı görüşlərdən biri idi. Bunu çox adam deyir. Amma bu, baş məşqçinin uğuru yox, futbolçuların xarakterinin nəticəsidir. Ortada baş məşqçi işi olsaydı, İordaniya ilə qarşılaşmada hansısa dəyişikliklər görərdik. Yığmamız öz oyununu yaxşılaşdırmalı, daha çox xal toplamalıdır. Oyunçularımız heç də zəif deyillər.

– Yəni, problem baş məşqçidədir?

– Yüz faiz. İstənilən baş məşqçini təyin etsələr belə, bundan pis olmayacaq. Canni de Byazi artıq üçüncü ildir ki, Azərbaycandadır. Bura gəldiyi ilk gündə demişəm ki, bizə xeyir verməyəcək. Yaxşı baş məşqçi ola bilər. Amma Azərbaycan millisində onun işi alınmır. Bunu qəbul etmək lazımdır. İordaniya ilə matçda niyə yeni oyunçulara şans verilməsin? Belçika ilə görüşdə iştirak edənlər İordaniya ilə oyunda iştirak etməməli idilər. Axı, digərlərinə də şans vermək, hansı durumda olduqlarını görmək lazımdır. Məqsəd milliyə hansısa gənci qazandırmaq yox, ictimai qınaqdan qurtulmaq üçün qələbə qazanmaq idi. Baş məşqçi sırf nəticəni düşündü.Seçmə mərhələ oyununda Yusif İmanov çərçivədə dayanmışdı. Deməli, biz onun gələcək perspektivinə güvənirik. Üstəlik, “Sabah”ın heyətində müntəzəm çıxış edir. Yoldaşlıq görüşündə onu qapıda görmürüksə, hansı inkişafdan danışa bilərik? Rəsmi oyunda Yusif qapıya keçdi, yoldaşlıq görüşündə yox. Analoqu olmayan qərarlardır. Debüt görüşündə səhvlər edə bilər. O demək deyil ki, bir daha onu oynatmamalısan. Görünən odur ki, baş məşqçinin fikri başqadır.

– Məsələn, nədir?

– Yəni yığmanın gələcəyi onun üçün maraqlı deyil. Sırf nəticəni düşünür.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2023-09-15 11:14

Vaqif Cavadov: “Yığmaya kimi təyin etsələr, de Byazidən pis olmayacaq”

blank
Digər idman növləri2023-09-15 10:59

Avropa çempionatında finalçılar məlum oldu

blank
Ölkə futbolu2023-09-15 10:44

“Qarabağ”la “Sabah” yubiley dueli ərəfəsində

blank
Milli komanda2023-09-15 10:30

“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”

blank
Dünya futbolu2023-09-15 10:15

“Real”da seks qalmaqalı

blank
Milli komanda2023-09-15 10:00

Millimiz Rumıniyaya qarşı

blank
Dünya futbolu2023-09-15 09:45

UEFA İrəvandakı təxribata görə intizam işi açıb

blank
Premyer-liqa2023-09-15 09:31

Lider üçün “Sumqayıt” sınağı

blank
Dünya futbolu2023-09-15 09:17

“Mançester Siti”də yeni müqavilə

blank
Ölkə futbolu2023-09-15 09:03

“Sumqayıt”a transfer qadağası qoyula bilər

blank
Dünya futbolu2023-09-15 08:49

Millimizin üzvü “Fənərbaxça”nı “Qalatasaray”a dəyişdi

blank
Ölkə futbolu2023-09-15 08:37

“Zenit” Bakıya gəlir – “Neftçi” ilə qarşılaşmağa

blank
Digər idman növləri2023-09-15 08:25

“Azərreyl” amerikalı və rumıniyalı voleybolçularla müqavilə bağladı

blank
Dünya futbolu2023-09-15 08:15

Bonuççi “Yuventus”dan narazıdır: “Bu, mənə təhqir idi”

blank
Ölkə futbolu2023-09-15 08:00

CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!

blank
Milli komanda2023-09-14 23:21

“Rumıniya ilə oyuna hazırıq” – Millimizin baş məşqçisi

blank
Digər idman növləri2023-09-14 23:00

Azərbaycanın 4 şahmatçısı AÇ-də qızıl medal qazandı

blank
Ölkə futbolu2023-09-14 22:41

“Qarabağ” rəsmisi UEFA konfransında

blank
Ölkə futbolu2023-09-14 22:22

Orxan Məmmədov TFF prezidenti ilə görüşdü

blank
Ölkə futbolu2023-09-14 22:00

“Zəngəzur” pley-offa vəsiqə qazandı

blank
Dünya futbolu2023-09-14 21:32

FİFA ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədləri açıqladı

blank
Digər idman növləri2023-09-14 20:42

Zərdabda güləş yarışı keçirilib

blank
Ölkə futbolu2023-09-14 20:22

“Turan Tovuz” daha bir legioner gətirdi

blank
Dünya futbolu2023-09-14 20:00

Ən çox pul xərcləyənlər: İngiltərə klublarının hegemonluğu

blank
Digər idman növləri2023-09-14 19:34

MBA-da yeni qayda tətbiq edildi

blank
I Liqa2023-09-14 19:15

MOİK və “İmişli”dən səfərdə darmadağın

blank
Ölkə futbolu2023-09-14 19:00

“Neftçi”də əcnəbi idman direktoru: Kamil Məmmədov müşavir olacaq

blank
Digər idman növləri2023-09-14 18:46

Azərbaycan çempionatının qalibləri bəlli oldu

blank
Digər idman növləri2023-09-14 18:32

“Red Bull” hansı şərtlərlə çempionluğunu erkən rəsmiləşdirə bilər?

blank
Dünya futbolu2023-09-14 18:15

“Barselona” daha bir sabiq futbolçusuna vəzifə verdi

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

Facebook

Gündəm