Dünya futbolu
VAR İngiltərədə ləğv oluna bilər
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
İngiltərə Premyer Liqasında VAR-dan imtina etmək qərarına gəliblər. “Vulverhempton” klubu rəsmi olaraq liqa rəhbərliyinə bununla bağlı müraciət edib.
Göndərilən məktubda VAR-ın neqativ təsirlərindən yazılıb. Klub üzvlərinin fikrincə, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır.
İyunun 6-da klublar bununla bağlı səsvermədə iştirak edəcək. VAR-ın ləğv edilməsi və ya dəyişdirilməsi üçün 20 klubdan 14-nün səsi lazımdır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)