Dünya futbolu
“Verona” Tavşanı gətirdi
“Verona” heyətini gücləndirməkdə davam edir. İtaliya klubu iki yeni transferlə problemlərinin həlli yolunda addım atıb.
Futbolnfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Elayis Tavşan “Neymegen”dən alıb. Türk əsilli niderlandlı futbolçu üçün yarım milyon avro xərclənib. 22 yaşlı hücumçu ilə 2028-ci lin yaynda başa çatacaq müqavilə imzalanıb.
“Verona”nın Ticani Noslinlə müqaviləsinin müddəti də eyni müddətə hesablanıb. “Fortuna Sittard”dan gələn 24 yaşlı hücumçu üçün Niderland klubuna 3 milyon avro ödənilib.