Bizi izləyin

Müsahibə

Vidadi Rzayev: “Yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil”

blank
blank

Azərbaycan yığmasının sabiq üzvü Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi

– Milli komandamız sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikanı qəbul edəcək. Yığmamızdan güclü rəqiblə görüşdə sensasiya gözləməyə dəyər?

– Millətlər Liqasını birinci pillədə başa vura bilmədik. Ardınca Avropa çempionatının seçmə mərhələsinə uğursuz başladıq, ilk 2 oyunda 9 qol buraxdıq. Bunları nəzərə alanda Belçika önündə millimizdən uğurlu nəticə gözləmək olmur. Ən yaxşı halda heç-heçəyə ümid etmək olar, amma o da çətin görünür. Mənim proqnozlarım adətən özünü doğrutmur. Təki bu dəfə də elə olsun və millimiz qələbə qazansın.

– Sizcə, millimiz seçmə mərhələni neçə xalla və hansı pillədə başa çatdıracaq?

– Dəqiq proqnoz vermək olmur. Seçmə mərhələni heç olmasa, Estoniyadan öndə bitirmək lazımdır. Bunun üçün estonlara Bakıda qalib gəlməliydik, amma onu da bacarmadıq. Seçmə mərhələnin sonunda onlardan öndə olmaq istəyiriksə, səfərdə Estoniyanı məğlubiyyətə uğratmalıyıq. Bunu hər dəfə deyirəm ki, bizim yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil. Millinin baş məşqçisi yerli mütəxəssis olmalıdır.

– Keçək ölkə çempionatına. Son çempion “Qarabağ” geridə qalan 5 tur ərzində cəmi 7 xal toplayıb. Ağdam klubu turdan-tura əvvəlki gücünə qayıdıb titulunu qoruya biləcəkmi?

– “Qarabağ” ötən illərə baxanda hələ sabit çıxış etmir. Əvvəlki mövsümlərdə komandanın iki rəqabətli heyəti var idi. Avrokuboklarda bir, çempionatda başqa heyət oynayırdı. Amma bu mövsüm iki eyni gücə malik heyəti yoxdur. Baş məşqçi Qurban Qurbanov “Kəpəz” və “Səbail”lə görüşlərdə heyətdə rotasiyalar etmişdi, amma bunlar öz effektini vermədi. Ehtiyat oyunçular skamyasında əyləşən futbolçular hələ özlərini doğrultmurlar. Buna baxmayaraq, “Qarabağ”ın cari mövsümdə də çempionluğa oynayacağına əminəm. Fikrimcə, çempionluq mübarizəsi əsasən “Qarabağ”, “Neftçi” və “Sabah”ın arasında gedəcək. Bu siyahıya “Zirə”ni də əlavə etmək olar.

– “Neftçi”də baş verən dəyişikliklər komandanın xeyrinə olacaqmı? Vaxtilə formasını geyindiyiniz flaqman bu mövsüm çempionatı birinci pillədə bitirə və “Qarabağ”ın hegemonluğuna son qoya biləcək?

– “Neftçi”dəki dəyişikliklər labüd idi, olmalıydı. Çünki neçə illərdir “Qarabağ”ın hegemonluğuna son qoya bilmirlər. Aydın məsələdir ki, Adrian Mutunu komandanı çempion etmək üçün gətiriblər. “Neftçi”nin Konfrans Liqasındakı çıxışı məni qane etmədi. Könül istərdi ki, turnirin qrup mərhələsinə vəsiqə qazanaydılar. Çempionatın ilk turlarında da yaxşı təsir bağışlamadılar, xal itkilərinə məruz qaldılar. “Neftçi” bundan sonra tam çempionata köklənəcək və “Qarabağ”la sona qədər rəqabət aparacaq. Bu il də çempion olmasalar, bu, “Neftçi” üçün fiasko sayılacaq.

– Sizin üçün doğma olan digər klubla – “Kəpəz”lə davam edək. Vaxtilə formasını geyindiyiniz və məşqçi işlədiyiniz komandanın cari mövsümdəki çıxışından razısızmı?

– Düzdür, ilk turlarda “Neftçi”yə qalib gəldilər və “Qarabağ”la heç-heçə etdilər. Bu da “Qarabağ”ın bayaq dediyim kimi, ikinci heyətinin əvvəlki illərlə müqayisədə zəif olmasını təsdiqləyir. “Kəpəz”in qazandığı xallara kölgə salmaq istəmirəm. Amma “Neftçi” avrokubok oyunundan qayıtmışdı, tam bərpa oluna bilməmişdilər. Üstəlik, “Neftçi” yayda yaxşı təlim-məşq toplanışı da keçməmişdi, Sankt-Peterburqdakı turnirlə kifayətlənmişdilər. Bunu digər mütəxəssislər də deyirlər, mən də o fikirdəyəm ki, bu mövsüm çempionatı tərk etməyə ən real namizəd “Kəpəz”dir. Kaş ki, bu proqnozum da səhv çıxa. Düzdür, 4 xal toplayıblar. Amma belə görünür ki, çempionatda ən zəif komandalardan biri “Kəpəz”dir. Debütant “Araz-Naxçıvan” da gəlib Gəncədə “Kəpəz”i məğlub etdi.

– Bu yay Azərbaycan klubları xeyli sayda yeni transferlər etdilər. Geridə qalan 5 tur ərzində hansı legionerlər diqqətinizi çəkə biliblər?

– “Neftçi”nin yeni müdafiəçilərindən olan Yuri Matias xoşuma gələn transferlərdəndir. Digəri isə yayda “Qəbələ”dən “Zirə”yə keçən Ruan Renatodur. Onu “Qarabağ”da çıxış edən Kevin Medinaya bənzədirəm, oyun tərzləri eynidir. Düzdür, o, Azərbaycana yeni gəlməyib, çempionatımızda çoxdan çıxış edir. Bu mənada daha çox “Neftçi”nin yeni transferini vurğulamaq istərdim.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2023-09-08 19:14

Vidadi Rzayev: “Yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil”

blank
Digər idman növləri2023-09-08 18:55

ABŞ finalda olmayacaq

blank
Digər idman növləri2023-09-08 18:38

Ən sürətli texnologiya hansıdır?

blank
Milli komanda2023-09-08 18:22

“Yaxşı nəticə ilə xalqımızı sevindirmək niyyətindəyik”

blank
Ölkə futbolu2023-09-08 18:10

“Neftçi” bu il də çempion olmasa…

blank
Milli komanda2023-09-08 18:04

“Cəsarətli olmalıyıq” – Canni De Byazi

blank
Dünya futbolu2023-09-08 17:55

Mutunu “Qalatasaray”ın əfsanəsi əvəzlədi

blank
Digər idman növləri2023-09-08 17:40

Azərbaycan qran-prisini qazanan pilot əlindəki tikişləri göstərdi

blank
Ölkə futbolu2023-09-08 17:25

Yoxlama oyununun başlama saatı məlum oldu

blank
Milli komanda2023-09-08 17:11

Sayef belçikalılara “Dalğa Arena”nın yararsız durumundan danışdı

blank
Ölkə futbolu2023-09-08 16:57

“Adana Dəmirspor” Şahruddinlə müqavilə bağladı

blank
Ölkə futbolu2023-09-08 16:42

“Qarabağ” Şahruddin Məhəmmədəliyevlə vidalaşdı

blank
Dünya futbolu2023-09-08 16:21

Maddison “Tottenhem”i seçməsindən məmnundur

blank
Milli komanda2023-09-08 16:00

12 il öncə büdrətdiyimiz rəqib: bu dəfə daha çətin olacaq

blank
Ölkə futbolu2023-09-08 15:41

“İmişli”də liberiyalı futbolçu

blank
Ölkə futbolu2023-09-08 15:25

“Yaxşı komanda formalaşdırmağa çalışırıq”

blank
Dünya futbolu2023-09-08 15:07

Millimizin rəqibinin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2023-09-08 14:53

ÇL: “Zirə” də 1/4 finala vəsiqə qazandı

blank
Milli komanda2023-09-08 14:46

“Bakıda ələ düşən imkanlardan yararlanmağa çalışacağıq” – Tilemans

blank
Milli komanda2023-09-08 14:35

Tedesko gərgindir: “Yaxşı ki, Bakıya tez gəldik”

blank
Dünya futbolu2023-09-08 14:25

“Real” Raula icazə verdi

blank
Dünya futbolu2023-09-08 14:10

İspanlar Tiflisdə butslarını itirib

blank
Ölkə futbolu2023-09-08 13:53

Yüksək Liqada 6 komanda iştirak edəcək

blank
Dünya futbolu2023-09-08 13:36

Rəsmi oyunda əvəzləndi – 9 ildən sonra

blank
Ölkə futbolu2023-09-08 13:15

ÇL: Azərbaycan təmsilçisi 1/4 finalda!

blank
Ölkə futbolu2023-09-08 12:50

İdman Arbitraj Məhkəməsindən “Sabah”ı sevindirən qərar

blank
Ölkə futbolu2023-09-08 12:30

Legioner bolluğu və unudulan yerli gənclər

blank
Dünya futbolu2023-09-08 12:14

Argentina millisi rekordunu yenilədi

blank
Dünya futbolu2023-09-08 11:51

Potter rədd etdi, Lopeteqi…

blank
Dünya futbolu2023-09-08 11:31

Azərbaycanla oyunöncəsi Belçikada həyəcan təbili

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

Facebook

Gündəm