Dünya futbolu
Vinisius ÇL rekordu qırdı
Dünən hər iki qolun məhsuldar ötürməsini verən Vinisius Junior matçın ən yaxşısı seçildi. Braziliyalı hücumçunu “Real”ın “Çelsi” üzərində qələbəsinin (2:0) əsas memarı saymaq olar.
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində əla oyun göstərən Vinisius həm də yarışın rekordunu qırdı. Belə ki, o, londonluların cərimə meydançasında 19 dəfə topa toxundu ki, bu da bir oyun üçün ən yüksək göstəricidir. “Çelsi”nin bütün oyunçularının rəqib cərimə meydançasında ümumilikdə 10 dəfə topa ayaq vurduqlarını nəzərə alsaq, braziliyalının nəticəsi fantastikdir.
Bəlkə də elə buna görə Vinisius matçdan sonra “Real”da oynamaqdan məmnun olduğunu dedi: “Dünyanın ən yaxşı klubundayam. Karyeramı burada başa vurmaq üçün hər şey edəcəyəm”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları