Dünya futbolu
Vlahoviç “Yuventus”da qalır
Duşan Vlahoviç “Yuventus”dan ayrılmaq istəmir. Serbiya millisinin hücumçusu bu barədə son müsahibəsində danışıb.
Futbolinfo.az xəbər verir ki, forvard Turində xoşbəxt olduğunu bildirib: “Ayrılmaq haqqında heç vaxt düşünmədim. Dünyanın ən önəmli klublarından birində oynayıram və qürur duyuram. Hələlik heç yerə getmək fikrim yoxdur”.
Vlahoviç “Gazzetta dello Sport”a İngiltərədən və Səudiyyə Ərəbistanından gələn təkliflərlə maraqlanmadığını bildirib: “Hərdən “Arsenal” və “Çelsi” barədə xəbərləri oxuyuram. Amma “Yuventus”la 2,5 illik müqaviləm var. Üstəlik, anlaşmanın uzadılması ilə bağlı danışıqlar gedir”.
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq
- AÇ-20242024-07-15 01:00
İspaniya yığması dördüncü dəfə Avropa çempionu oldu