Bizi izləyin

Müsahibə

Stankoviç: “Ən yaxşı “Neftçi” çempion olan “Neftçi” idi”

blank
blank

Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”nin formasını geyinmiş, bu yay “Neftçi”dən ayrılaraq, ölkəsinin “Jelezniçar” klubu ilə müqavilə imzalayan serbiyalı müdafiəçi Voyislav Stankoviçin futbolinfo.az saytına müsahibəsi

– 8 ildən sonra ölkəniz Serbiyaya qayıdaraq, Pançevo “Jelezniçar”ına keçdiniz. “Neftçi”dən ayrılmağınıza nə səbəb oldu?

– “Neftçi”nin keçmiş baş məşqçisi Laurentsiu Regekampfla yeni müqavilə ilə bağlı söhbətimiz olmuşdu. Lakin o ayrıldıqdan sonra klubdan heç kim mənimlə bu barədə danışmadı. “Jelezniçar” isə ilk dəfədir Serbiya Superliqasında çıxış edir. Klubun ambisiyalı olması seçimimdə həlledici rolu oynadı. İlk gündən mehriban kollektiv, yaxşı atmosfer gördüm. Əlbəttə ki, debütant olduğumuz üçün əsas məqsəd elitada qalmaqdır.

– Mövsümə heç də uğurlu start götürmədiniz. Ora keçdiyiniz üçün peşman deyilsiniz?

– Xeyr, heç bir peşmanlıq yoxdur. Məncə, doğru seçim etmişəm. Zəif başlanğıcı debütant olmağımızla əlaqələndirərdim. Yeni kollektiv formalaşıb, uyğunlaşma üçün müəyyən zaman lazımdır. Getdikcə hər şeyin qaydasına düşəcəyinə inanıram. Çünki məşqçilərlə futbolçular arasında çox yaxşı münasibət var. Bayaq da dediyim kimi, ilk hədəf Superliqada qalmaqdır. Ardıcıl 2-3 mövsüm sabitliyimizi qoruya bilsək, ondan sonra komanda yuxarı pillələrə iddia edə bilər.

– Serbiya Superliqası ilə Azərbaycan Premyer Liqası arasında nə kimi fərqliliklər diqqətinizi çəkdi?

– Hələ ki, çox az oyun keçirmişik. Ətraflı müqayisə etmək üçün erkəndir. Amma ümumilikdə Serbiya çempionatında tempin daha yüksək olduğunu düşünürəm. Üstəlik, Superliqa reytinq baxımından da çempionatınızı qabaqlayır. Adi bir misal çəkim: Serbiya çempionu “Srvena Zvezda” bu mövsüm birbaşa Çempionlar Liqasının qrupundan mübarizəyə qoşulacaq. Azərbaycan çempionu “Qarabağ” isə birinci təsnifat mərhələsindən yarışa başladı.

– Sizdən fərqli olaraq, sabiq komanda yoldaşınız Mateus Saldanyanın “Neftçi”ni Serbiya klubuna dəyişməsi böyük narazılığa səbəb oldu. Onun “Partizan”a keçidinə münasibətiniz necədir?

– Saldanyanın qərarını başa düşürəm. Nəzərə alaq ki, “Partizan” daha güclü komandadır. Yəqin ki, Saldanya onlardan daha yaxşı şərtlərdə təklif alıb. Hətta eşitdiyimə görə, “Partizan” bu transfer müqabilində “Neftçi”yə yüksək məbləğ ödəyib.

– Yeri gəlmişkən, “Partizan” Konfrans Liqasında “Sabah”ı üstələmişdi…

– Hər ikisi yaxşı komanda olduğundan, maraqlı mübarizə alındı. Ancaq etiraf edək ki, “Partizan”ın tarixi və təcrübəsi daha zəngindir. Açığı, ilk matçda “Sabah”ın 2:0 hesablı qələbəsi mənim üçün gözlənilməz olmuşdu. Belqrad təmsilçisi cavab görüşündə revanş almağı bacardı. Fikrimcə, təcrübə həlledici oldu.

– “Neftçi” isə Türkiyə klubu “Beşiktaş”a uduzdu. Sabiq komandanızın sensasiya etməsinə nə mane oldu?

– “Beşiktaş” onsuz da cütün favoriti idi. Amma qrupda oynamaq istəyən komanda rəqibin gücünə önəm verməməlidir. “Neftçi”nin heyətində çoxlu dəyişikliklər oldu. Eyni zamanda “Beşiktaş”ın dünya səviyyəli futbolçuları var. Yəni mane olan Türkiyə klubunun gücü idi.

– Adrian Mutunun rəhbərliyi altında “Neftçi”dən nə gözləyirsiniz?

– Mutu populyar futbolçu olub, çox güclü klublarda çıxış edib. Ümid edirəm ki, baş məşqçi kimi də belə olar. Düzü, komandanın oyununu hələ tam görə bilməmişəm. Heyətə yaxşı legionerlər cəlb olunduğu görünür. Məncə, bu mövsüm daha güclü “Neftçi” görəcəyik.

– Yəni hazırkı heyət sizin dönəminizdəkindən güclüdür?

– Məncə, bəli. Ən yaxşı “Neftçi” isə çempion olan “Neftçi” idi. Hazırkı komandada futbolçuların individual baxımdan yaxşı olduqları deyilir. Lakin komanda şəklində hansı durumda olduqlarını bilmirəm.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2023-12-03 03:07

“Real”dan növbəti qələbə

blank
Dünya futbolu2023-12-03 02:43

“Lans” 3, “Nant” tək qolla qalib gəldi

blank
Dünya futbolu2023-12-03 02:16

“Mançester Yunayted” uduzdu, “Arsenal” qalib gəldi

blank
Dünya futbolu2023-12-03 01:52

“Milan”dan inamlı qələbə

blank
Dünya futbolu2023-12-03 01:01

Bundesliqada meydan sahiblərinin günü

blank
Digər idman növləri2023-12-03 00:28

Favoritlər turu qələbə ilə başa vurdular

blank
Digər idman növləri2023-12-03 00:01

“Xarı Bülbül”dən çempionatda ilk qələbə

blank
Dünya futbolu2023-12-02 23:33

İsgəndərlidən 1 qol, 1 məhsuldar ötürmə

blank
Dünya futbolu2023-12-02 23:00

Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2023-12-02 22:33

Tovuzda 4 qol – VİDEO

blank
Ölkə futbolu2023-12-02 22:07

Ayxan Abbasov: “Qələbə də qazana bilərdik” – VİDEO

blank
Dünya futbolu2023-12-02 21:58

AÇ-2024-ün final mərhələsinin püşkü atıldı

blank
Premyer-liqa2023-12-02 21:24

“Günahkar axtarmağa ehtiyac yoxdur” – “Sumqayıt”ın məşqçisi

blank
Premyer-liqa2023-12-02 21:00

“Araz-Naxçıvan”la “Səbail”in heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-02 20:28

Tovuzda məhsuldar heç-heçə

blank
Premyer-liqa2023-12-02 20:00

“Rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik”

blank
Premyer-liqa2023-12-02 19:29

“Komanda sanki bataqlığa batdı, çıxa bilmədi” – Diniyev

blank
Digər idman növləri2023-12-02 18:52

Azərbaycan güləşçiləri Bakıdakı DÇ-ni 21 medalla başa vurdular

blank
Digər idman növləri2023-12-02 18:35

“Qarabağ”dan inamlı qələbə

blank
Dünya futbolu2023-12-02 18:26

Avrokubok oyununda polislərlə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanıldı

blank
Digər idman növləri2023-12-02 18:00

Formula 1-də nadir hadisə

blank
Premyer-liqa2023-12-02 17:58

“Araz-Naxçıvan”la “Səbail”dən heç-heçə

blank
Digər idman növləri2023-12-02 17:45

Dünya çempionları Fişer şahmatında qüvvələrini sınayacaq

blank
Milli komanda2023-12-02 17:30

Rövnəq Abdullayevdən qadın futbolçulardan ibarət Azərbaycan millisinə təbrik

blank
Digər idman növləri2023-12-02 17:09

Sabiq pilot bobsleydə debüt etdi

blank
Digər idman növləri2023-12-02 16:51

O`Sallivandan tarixi nəticə

blank
Digər idman növləri2023-12-02 16:34

Olimpiada üçün buraxılan medallar Ukrayna bayrağına bənzərliyinə görə qadağan edilə bilər

blank
Dünya futbolu2023-12-02 16:19

“Bayern”in oyunu təxirə salındı

blank
Digər idman növləri2023-12-02 16:05

Rusiya və Belarus idmançılarına qadağa

blank
Digər idman növləri2023-12-02 15:48

Dürant MBA tarixində 10-cu pilləyə yüksəldi

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm