Bizi izləyin

Müsahibə

“Vuruşmalıyıq, başqa şansımız yoxdur”

blank
blank

“Qəbələ”nin müdafiəçisi İlkin Qırtımovun futbolinfo.az saytına müsahibəsi

– “Qəbələ”nin qış fasiləsindən sonrakı nəticələrini necə qiymətləndirmək olar?

– Əslində, mövsümün ikinci yarısına yaxşı başlamadıq. Çünki hələ qələbə qazanmamışıq. Amma digər tərəfdən “Kəpəz”, “Zirə” və “Neftçi” ilə matçlarda məğlub olmadıq. Eyni zamanda “Zirə”nin xal itirməsi də bizə əlavə şansdır.

– 2023-cü ildə keçirdiyiniz 4 görüşün 3-də heç-heçə etmisiniz, 1-də uduzmusunuz. Qələbə qazanmağınıza nə mane olur: qış toplanışı yaxşı keçmədi, yoxsa transfer az oldu?

– Təlim-məşq toplanışında hər şey yaxşı idi, uğurlu hazırlıq keçdik. Oyunçu sayında kasadlıq olmasını bəlkə səbəb kimi göstərmək olar. Məncə, yeni transferlər edilsəydi, daha yaxşı olardı. Çünki rəqiblərimizin hamısı yeni oyunçular aldılar. Təbii ki, heyətin zəngin olması daha yaxşıdır. Düzdür, yaxşı futbolçu heyətinə malikik. Amma kimsə zədələnəndə onun boşluğunu dolduracaq oyunçu azdır.

– Məhz heyətdəki itkilərə görə, çempionatın ötən turunda “Neftçi” (0:0) ilə görüşdə müdafiənin mərkəzində çıxış etdiniz. Özünüzü o mövqedə yad hiss etmirdiniz?

– Sağ cinah müdafiəçisi olsam da, “Keşlə”də (indiki “Şamaxı”) hərdən mərkəzdə oynamışam. Əlbəttə, sağ cinahda oynamaq mənə daha rahatdır. Ancaq mərkəzdə oynamaq da böyük fərq eləmir.

– “Neftçi” ilə oyunda 2 xal itirən tərəf siz, yoxsa rəqib oldu?

– Qələbə qazanmaq üçün çox imkanlarımız oldu. Düzdür, rəqib də şanslar yaratdı. Amma bizdə fərqlənmək imkanı daha çox idi. Təəssüf ki, dəyərləndirə bilmədik. Qol vəziyyətləri yaratmaq bizi sevindirir. Elə oyunlar olur ki, kənardan baxan sıxılır. Ancaq bizim keçirdiyimiz görüşlərdə qol vəziyyətləri çox olur.

– “Neftçi”nin baş məşqçisi Lautentsiu Regekampf oyundan sonra hakimlikdən şikayətləndi. Necə düşünürsünüz, hakim sizin lehinizə qərarlar verirdi?

– Ümumilikdə hakim idarəçiliyi pis deyildi. Məncə, 1-2 dəfə zədə səbəbindən oyun dayandığı üçün əlavə vaxtı bir az da artırmaq olardı. Rəqibin baş məşqçisinin də özünə görə haqlı tərəfləri var. Kənardan başqa cür görünə bilər.

– Lehinizə təyin edilən penalti VAR-a baxdıqdan sonra ləğv olundu. Yəqin ki, epizoda baxmısınız.

– Bəli, baxmışıq. Həmin epizod bizim qapımız qarşısında olsaydı, hakim 90 faiz penalti verəcəkdi. Heç VAR-a getməyəcəkdilər. Deyirlər ki, Rövlan Muradov orada yıxılmağa meyilli idi. Həmin kobudluq meydanın mərkəzində olsaydı, cərimə veriləcəkdi. Deməli, yüzfaizlik penaltidir. Müdafiəçi yerdən qalxıb düz Rövlanın qarşısına tullanır, ona mane olur.

– Bu mövsüm hakimliklə bağlı narazılıqlar artıb. Bəlkə hakimlərimiz VAR-a uyğunlaşa bilmirlər?

– Düşünürdüm ki, VAR-ın tətbiqindən sonra hakimlərin işi daha rahat olacaq. Bu sistem referilərin rahatlığına hesablanıb. Referi doğru qərar vermədikdə təkrara baxaraq, səhvini düzəldir. Ancaq bilmirəm hakimlər VAR-ın əleyhinə gedirlər, baş açmıram. Bizim oyunu qoyuram bir kənara. “Sabah”la oyunda top “Qarabağ”ın oyunçusunun əlinə dəydi. Orada penaltidən başqa bir variant yoxdur.

– 4-cü yer uğrunda mübarizədəki rəqibiniz “Zirə” qış fasiləsində heyətini gücləndirdi. Onlarla rəqabət çətin olmayacaq?

– Ümumiyyətlə, çempionatda asan komanda yoxdur. Avrokuboka vəsiqə qazanmaq heç kimə rahat olmayacaq. Buna görə də vuruşmalıyıq. Başqa şansımız yoxdur.

– Ölkə kubokunun da yarımfinalındasınız. Bu turnirdə nəyə ümid edirsiniz?

– Avrokuboka getmək üçün kubok daha qısa yoldur. Yarımfinaldakı rəqibimiz “Səbail”in çempionatın aşağı sıralarında yer alması bizi rahatlaşdıra bilməz. İlk növbədə bu komandanı keçməliyik, ondan sonra kuboku qazanmaq barədə düşünmək olar.

– Əsas diqqəti kuboka yönəltmək daha doğru olar, yoxsa çempionatda 4-cü yer uğrunda mübarizəyə?

– Təkcə kuboka arxayınlaşmaq olmaz. Hər iki cəbhədə vuruşmalıyıq.

– Premyer Liqanın 23-cü turunda “Sumqayıt”la qarşılaşacaqsınız. Əsas rəqibiniz “Zirə” isə lider “Qarabağ”la qarşılaşacaq. 4 xallıq fərqi azaltmaq baxımından bunu şans saymaq olar?

– Bu tur bizim üçün daha ümidvericidir. Biz istədiyimiz kimi getsə, xal fərqi 1-ə düşər. Belə olsa, motivasiyamız daha da artacaq.

CAVAD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Premyer-liqa2024-04-12 20:08

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-12 19:21

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Digər idman növləri2024-04-12 19:00

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm