Bizi izləyin

Ölkə futbolu

Vuvuzelaya layiq oyun

blank
blank

“Qəbələ” – “Kəpəz” matçının protokoluna oyunu 500 tamaçaşının izləməsinə dair yazılmış qeydə önəm verməyin. İllərdi tribunadakıların sayını bilet satışına görə deyil, gözəyarı yazmağa adət etmiş hakimlər, AFFA nümayəndələri yenə eyni işi gördü. Rəsmi şəxsləri, jurnalistləri, hətta polisləri də saysalar, dünənki matçda bu qədər insanın olmasına məni inandıra bilməzlər.

Qarşılaşmanı izləməyə Gəncədən 25 nəfərin gəldiyi dəqiq idi və ümumi tamaşaçı sayı 200-ü keçməzdi. Və həmin 25 nəfər “Kəpəz”in Qəbələdə özünü ev sahibi kimi hiss etməsində müstəsna rol oynadı. Daha yaxşı oynayan bunu həm də daha yaxşı dəstək sayəsində bacardı.

Matç başlayarkən Qəbələ şəhər stadionuna yuxarıdan aşağı baxan dağların başını duman almışdı. Bu görüntünün bir az da rəmzi mənası var idi, çünki yerli komandanın da durumu dumanlıdı, ardıcıl iki autsayderlə oyunda qeydə alınan heç-heçələrdən sonra növbəti turlarda “Qəbələ”də şimşək çaxa, göylər Elmar Baxşıyevin yetirmlələrinin durumuna ağlaya bilər.

Matçın startı “Qəbələ” üçün yaxşı alınmışdı. Ramon Maçadonun özünü cərimə meydançasına sərməsindən sonra təyin edilən penalti VAR-ın müdaxiləsindən sonra ləğv edilsə də, tezliklə İsnik Alimi cərimə zərbəsindən hesabı açdı. Bu epizodda qonaqların qapıçısı Orxan Sadıqlının canlı səddi düzgün qurmaması, ən əsası, öz qoruduğu yerdən top buraxması həlledici rol oynadı.

Lakin bu iki epizod arasında “Kəpəz” də dişini göstərmişdi. Abdullahi Şuaybu cərimə meydançasında əldə etdiyi əla fürsəti yalnız təcrübəsizliyi hesabın qola çevirməyi bacarmadı. Bu oyunçu fəallığı, çalışqanlığı ilə seçilsə də, məcburiyyətdən oynadıldığı mərkəz hücumçu mövqeyində istənilən effekti vermirdi.

“Qəbələ”nin oyununda alışdığımız temp yox idi. Komanda o qədər ruhsuz oynayırdı ki, əvvəl-axır bunun əziyyətini çəkəcəyi gözlənilirdi. Qol standart vəziyyətdən sonra vuruldu, qalan dəqiqələrdə isə komanda düz-əməlli epizod yarada bilmədilər. Meydan sahibləri cərimə meydançası həndəvərinə kimi irəliləyir, lakin burada hücum fazasını inkişaf etdirə bilmirdi. Həta heyəti yetərsiz olan, bir çox mövqelərdə başqa amplualı oyunçulardan istifadə edən “Kəpəz”in müqavimətini qıra bilməyən komanda qələbəyə, ümumyyətlə, yüksək yerlərə layiq deyil.

Tərlan Əhmədovun təyinatından sonra çıxışında aşkar irəliləyiş hiss olunan “Kəpəz”in xal ehtiyatı hələ istədiyi qədər deyil, lakin komandanın oynadığı futbol daha yaxşıdı. Düzdü, dünən bunda “Qəbələ”nin inamsız oyunu da rol oynadı. Bununla belə, meydan sahiblərini bu duruma məhz gəncəlilərin saldığını da qeyd etməliyik. Xüsusilə orta sahədə edilən pressinq, zonaların bağlanmasI qonaqların yetərsiz, məhdud heyəti üçün böyük uğur idi. Hücum kombinasiyaları bir o qədər uğurlu alınmırdı, lakin səviyyəsi ilə yoldaşlarından fərqlənən 3-4 oyunçunun təhlükəli cinah keçidlərini təşkil etməsi qeyd edilməlidi.

Əhmədov etdiyi dəyişikliklərlə matçın əvvəlindəki süstlüyü aradan qaldıra bildi, xüsusilə fasilədən sonra komanda daha yaxşı oynadı. Lakin hücum planında çatışmazlıq yetərincə idi, “Qəbələ”yə qol vurmaq üçün cərimə meydançasında bir şeylər etmək lazım idi. Heyət buna imkan vermədiyindən ümid uzaqdan zərbələrə qalırdı. Belə fürsəti isə Fərid Nəbiyev əldə etdi. Oyuna sonradan daxil olan yarımmüdafiəçi təxminən rəqibin cərimə zərbəsi vurduğu nöqtədən qapının eyni cinahına mükəmməl zərbə endirdi. Səlahət Ağayevin təcrübəsi də zərbəyə əngəl olmağa yetmədi və hesab bərabərləşdi.

Nəbiyevin bu qolla sevinməməsi anlamlı jest idi. O, yetirməsi olduğu klubu cəzalandırmasını bayrama çevirmədi. Çexiyadan qayıtdıqdan sonra “Qəbələ”nin yox, “Kəpəz”in sahib çıxdığı futbolçu istedadına qiymət verənlərin tərəfində olsa da, mükəmməl zərbəsinə layiq sevinci yaşamadı. Bu qol “Qəbələ” rəhbərliyini də ayıltmalıdı. İllərdi yetişdirdikləri futbolçuları az qala bütün Premyer Liqa klublarına satan, özü isə Yaovi Akakpo, Kristof Atanqana, Andrey Strijak kimi faydasız əcnəbilərə və başqalarına lazım olmayan veteranlara güvənən “qırmızı-qaralar”ın dərs üçün əyani görüntüsü var.

Qalan yarım saatda “Qəbələ” təşəbbüsü almağa cəhd etsə də, Georgi Kantariya, Ahmed Ayzaya və Yeqor Xvalkonun liderliyində oyun intizamını pozmayan “Kəpəz” duruş gətirməyi bacardı. Ağıllı müdafiə olunan qonaqlar əks-hücumlarla “Qəbələ”nin gözünü qorxudub rəqibin bütün diqqətini hücuma yönəltməyə imkan vermədi, xal bölgüsü reallaşdı.

Elmar Baxşıyevin böyük işlər görməyi bacaracaq məşqçi olmadığını dəfələrlə yazmışıq. Komandanın ötən mövsüm avrokuboklara yollanmasının səbəbi rəqabətin olmaması və əsas rəqibin öz səhvlərindən büdrəməsi idi. Komanda mövsümün əvvəlində yığdığı xal ehtiyatı sayəsində yekunda ilk dördlüyə düşmüşdü. Bunda o zaman rəhbərlikdə Zaur Əzizov kimi bacarıqlı menecerin varlığı rol oynamışdı. Bu şəxs qışda “Neftçi”yə getdikdən sonra baş məşqçi ilə rəhbərlik arasında uçurum yarandı, yenilər komanda daxilində birliyi qoruya bilmədi və indiki acınacaqlı vəziyyət yaranıb.

“Qəbələ”də hər şey bir zərbədəcə dağıla bilər. Rəhbərlik komandanı idarə edə bilmir, legionerlərlə yerli oyunçular arasında birliyin olmadığı aşkar görünür. Braziliyalıların sayının artması ilə sanki qruplaşmaların olduğu müşahidə edilir, hərə öz futbolunu oynayır.

Bundan başqa, heyətin düzgün komplektləşdirilməməsinin fəsadları görünməkdədi. Komanda həftələrdi ehtiyatda mərkəz müdafiəçisi olmadan oynayır. Rəqbətsizliyin gətirdiyi rahatlıq üzündən Ruan Renatonun ötənmövsümkü çıxışından əsər-əlamət yoxdu, istənilən vəziyyətdə heyətdə yer alacağını bilən braziliyalı arxayınlaşıb. Onun təkcə dünən etdiyi fərdi səhvlərə görə daha dişli rəqib azı 5 qol vurardı. Yarımmüdafiə və hücumu əcnəbilərlə dolduran Baxşıyev, mövsümə hazırlaşarkən ümumiyyətlə, müdafiəçi transferini yaddan çıxarıb, bu gün əvəzedici olmadığından, zədəli cinah müdafiəçisini hücumçu əvəzləyir.

“Qəbələ” kimi son illərə damğasını vuran komandanın bu vəziyyətə düşməsi xoş deyil. Rəhbərliklə məşqçinin komandanın komplektləşməsində, eyni zamanda bu gün idarə edilməsində işbirliyi içində olmadığı aşkar görünür. Və belə durum nəticələrin pisləşməsinin əsas səbəbidi. Komandanın başının üstünü alan duman gec-tez daha pis fəsadlara səbəb olacaq. Ardıcıl iki oyunda autsayderlərə bağışlanan xallar xəbərdarlıq siqnallarıdı.

Bu komandaların ilk dövrədəki oyunu da Qəbələdə baş tutmuşdu. Həmin oyunda ev sahibi sayılan “Kəpəz”in başında Yaşar Vahabzadə dayanmışdı və komanda 0:3 uduzmuşdu. İki oyunun müqayisəsində heyətlərdə ciddi fərqlər görünmür. “Qəbələ” demək olar, eyni oyunçularla oynamışdı, yalnız İlkin Qırtımovla Feras Abu Akal dünən meydanda deyildi. “Kəpəz”in itkilərinə gəlincə, daha etibarlı oynayan qapıçı zədələnib, Rauf Əliyevin cəzalanmasından sonra heyətdə hücumçu qalmayıb, eyni zamanda ehtiyat qüvvəsi daha zəifdi.

Müqayisədə fərq məşqçilərdədi. Elmar Baxşıyev yerində sayırsa, Tərlan Əhmədov Vahabzadədən daha yaxşı olduğunu göstərir. Düzdü, hələ böyük işlər görməyib, lakin iki oyunun müqayisəsində onun hazırladığı komandanın səfər matçında vacib xal qazanması vurğulanmalıdı. Ən əsası, komandanın nə istədiyi aşkar görünür. Bəlkə də qışda heyətə əlavələr dəqiqliklə aparılsa, mövsümün sonunda bu komandalar ən azı qonşu da ola bilər.

Qəbələ azarkeşlərinin stadionda az olmasının bir səbəbi də komandanın nəticələrinin pisləşməsidi. Komandanın tərəfdarları gəncəlilər qədər tələbkar olmasa da, oynanılan oyunun keyfiyyətini hiss edəcək qədər arif adamlardı. Vuvuzela ilə “silahlanan” iki gəncin oyun boyunca musiqi alətinə sərf etdikləri nəfəs boşuna getdi, tam ansambl olmadığı üçün yeknəsək təsiri bağışlayırdı, çıxan səs könül oxşayan musiqiyə deyil, narahatedici səs-küyə bənzəyirdi. Bu, həm də “Qəbələ”nin oyununa verilən qiymət idi. Baxşıyevin yetirmələri alqışlarla müşaiyət olunan şüarlara deyil, Azərbaycan üçün yad sayılan vuvuzela sədasına layiq idi.

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-12 19:21

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Premyer-liqa2024-04-12 19:00

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-12 19:00

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm