Digər idman növləri
“Xarı Bülbül”dən çempionatda ilk qələbə
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.
Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Xarı Bülbül Şuşa” klubları üz-üzə gəliblər.
Ölkəmizi avrokubokda təmsil etmiş “Xarı Bülbül Şuşa” çempionatdakı ilk qarşılaşmasına yaxşı başlayıb və birinci seti 25:21 hesabı ilə aktivinə yazıb. Gərgin keçən ikinci hissədə isə “Neftçi” 27:25 hesabı ilə üstün olub. Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri də qalib başa vurub – 25:15, 25:18. Beləliklə, “Xarı Bülbül Şuşa” 3:1 hesablı qələbə ilə həm də çempionatda ilk xallarını qazanıb.
Turnir cədvəlinə 8 xalla “Azərreyl” başçılıq edir. “Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül Laçın” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. 3 xalı olan “Xarı Bülbül Şuşa” 5-ci, keçirdiyi bütün oyunlarda məğlub olan MOİK isə sonuncu pillədə qərarlaşıb.
“Neftçi” – “Xarı Bülbül Şuşa” 1:3 (21:25, 27:25, 15:25, 18:25)
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə