Dünya futbolu
Xavi etiraf etdi: Əsas hədəf La Liqada qələbədir
“Barselona”nın baş məşqçisi Xavi İspaniya mətbuatına müsahibə verib. O, öncə başa çatan Dünya Çempionatı barədə danışıb: “Çox ehtiyatlı keçən bir mundial oldu. Komandaları çox yaxşı başa düşürəm. Mundialda əsas amil psixoloji vəziyyətdir”.
Xavi hazırda rəhbərlik etdiyi heyətin uğur qazanmaq üçün kifayət edəcəyini düşünür: “Biz kuboklar qazana bilərik. Komanda olaraq yaxşı bir heyət qurmuşuq və hədəflərimizə çata bilərik. Komanda olaraq özümüzə tənqidi yanaşmalıyıq. Biz liqada çox yaxşı oynamışıq. Liqanı qazanmaq barədə yüksək ümidlərim var. Bu isə bizə davamlı nəticələr verə bilər. Hazırda İspaniya La Liqası bizim üçün bir addım daha öndədir. İspaniya Superkuboku və UEFA Avropa Liqası da önəmlidir, lakin liqa mövsümün gedişatını bəlli edəcək. Lider olmaq da üstünlükdür”.
Təcrübəli məşqçi Çempionlar Liqasında mübarizəni dayandırmağın məyusluq gətirdiyini etiraf edib: “Orada sanki uşaq səhvləri etdik. Münhendə yaxşı ilk hissə keçirdik, lakin nəticə etibarilə uğursuz olduq. Biz həmçinin “İnter”lə doğma meydandakı görüşdə də ilk hissəni yaxşı keçirdik, azarkeşlər də zövq alırdılar. Lakin sonda mübarizəmiz kifayət etmədi. Milandakı oyun isə… mən hakimlərin yerinə qərar vermirəm”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var