Dünya futbolu
Xavinin xələfi onlardan biri olacaq
“Barselona” rəhbərliyi baş məşqçi postuna namizədlərin sayını 3 nəfərə endirib. Bu barədə “Football Espana”nın jurnalisti Jerar Romero məlumat yayıb.
Mənbənin xəbərinə görə, dəqiq məlum olan şey, bu mütəxəssislərin milliyyətləridir. Namizədlərdən biri ispan, biri italyan, digəri də almandır. Böyük ehtimalla söhbət “Brayton”a rəhbərlik edən Roberto de Zerbi, “Bayern”in və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik və “Bayer”in çalışdırıcısı Xabi Alonsodan gedir. Məhz onlardan biri yayda istefa verəcəyini deyən Xavi Ernandesi əvəzləməlidir.
Məlumata görə, Ruben Amorim (Sportinq), Tyaqo Motta (Bolonya), Migel Anxel (Jirona), Yurgen Klopp (Liverpul) və Xosep Qvardiolanın (Mançester Siti) namizədliyi artıq gündəmdə deyil.
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”