Dünya futbolu
Xorvatlardan unikal nəticələr
Ardıcıl 11 çempionatdır ki, Dünya Çempionatında 3-cü yer Avropa komandalarına qismət olur. Sonuncu dəfə başqa qitənin təmsilçisi kimi Braziliya 1978-ci ildə bürünc medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, Xorvatiya Mərakeşi 2:1 hesabıyla yenməklə 3-cü medalını qazandı. Komanda daha öncə 1 bürünc və 1 gümüş medal əldə etmişdi.
Ümumiyyətlə, Xorvatiya mundiallarda son14 matçından cəmi ikisində uduzub – 6 qələbə, 6 heç-heçə. Ötən mundialın finalında Fransaya yenilən (2:4) komanda, bu dəfə yarımfinalda Argentinadan 3 cavabsız top buraxdı.
Xorvatların liderləri olan İvan Perişiç və Luka Modriç son 17 matçın hamısında forma geyib. 3 DÇ-də (2014, 2018, 2022) yalnız Lionel Messi daha yaxşı göstəriciyə malikdir.