Ölkə kuboku
Yarımfinalda məhsuldarlıq rekordu
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında 6 qol vurulub.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Bu, 1/2 finalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol vurulub. Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqlənib. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var