Ölkə futbolu
Yaşar Seyidovun oğlu cəbhədən qayıtdı
“Bakı”nın sabiq vitse-prezidenti Yaşar Seyidovun oğlu Valeh Seyidovun Vətən Müharibəsinin ilk günlərindən cəbhəyə yollandığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, vaxtilə müxtəlif yaş qrupu üzrə Azərbaycan millilərinin şərəfini qoruyan keçmiş hücumçu Amerika Birləşmiş Ştatlarında yaşamasına, orada dünya nəhəngi olan “Deloitte” şirkətində çalışmasına baxmayaraq, könüllü olaraq orduya yazılmışdı.
Son günlərdə ordu sıralarından tərxis olunmağa başlayan hərbi qulluqçularımız arasında Valeh də var.
Xatırladaq ki, Valeh Seyidov vaxtilə Azərbaycanda “Bakı”, “Keşlə-2” və “Sumqayıt”, Portuqaliyada isə “Louletano” klubunda çıxış edib.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib