Bizi izləyin

Müsahibə

Yunanov qəhrəman olmaq istəyirmiş: “Öz sözümü demək niyyətindəyəm”

blank
blank

“Səbail”in hücumçusu Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın XV turunda səfərdə “Araz-Naxçıvan”la heç-heçə etdiniz. Oyunu necə şərh edərdiniz?

– Çox çətin oyun oldu. Yaxşı başlasaq da, sonradan vəziyyət pisə doğru dəyişdi. Rəqib qol epizodları yaratdı. Son dəqiqə qolu sayəsində xal qazanmağı bacardıq. Açığı, komanda şəklində oyunumuz yaxşı alınmadı. Meydançada istədiklərimizi edə bilmirdik. Bunun fonunda məğlubiyyətdən qaçmağımız sevindirici haldır. Bunu qənaətbəxş nəticə saymaq olar.

– Oyununuzun yaxşı alınmaması nə ilə bağlı idi?

– Futbolda bəzən belə hallar olur. Əvvəlki matçlarda çox sayda qol epizodları yaratmışdıq. İstifadə edə bilmirdik. Hər bir komanda bu durumla üzləşə bilər. Bəzən istədiyin kimi çıxış edə bilmirsən. Əsas nəticədirsə, bir xalı normal hesab edirəm.

– Komandanız hücumda çoxalmaqda problem yaşayırdı. Səbəb rəqibin pressinqi idi?

– Sizinlə razıyam ki, hücumda çoxala bilmirdik. Özüm də kənardan bunu müşahidə edirdim. Səbəbini deyə bilmərəm. Bəlkə də rəqib bizi düzgün təhlil etmişdi. Halbuki öncəki qarşılaşmalarda hücum planında problem yaşamırdıq. Bir matç istisna olmaqla, bütün görüşlərdə qol vurmağı bacarmışıq. Keyfiyyətli hücumlar qurmağı bacaran komandayıq. Bu dəfə nəsə alınmadı.

– 87-ci dəqiqədə meydana daxil olarkən bərabərlik qolunu vuraraq, görüşün qəhrəmanı olmaq arzunuz var idi?

– Əlbəttə ki, var idi. Oyuna elə o fikirlə qoşulmuşdum. Rəqibin müdafiəçisi avtoqola imza atmasaydı, bəlkə də həmin epizodda mən fərqlənəcəkdim. Daha sonra bir epizod da oldu. Komanda yoldaşım mənə ötürmə versəydi, hətta ikinci qolu da vura bilərdik. Çünki boşluğa yaxşı çıxmışdım. Neçə dəqiqə oynamağımdan asılı olmayaraq, bütün görüşlərə qol vurmaq istəyi ilə çıxıram.

– Son üç turda qələbə qazana bilməməyiniz enişlə əlaqədardır?

– Qış fasiləsinə az vaxt qaldığından, bəzi matçlarda istədiyin kimi çıxış etməməyin normaldır. Ardıcıl 2-3 oyunu yaxşı keçirməyib, daha sonra ardıcıl qarşılaşmaları yüksək səviyyədə keçirə bilirsən. Məncə, hər şey normaldır. Turnir cədvəlindəki durumumuz da pis deyil. Qarşıdakı üç matça baxmalıyıq.

– Komanda yoldaşınız Aleksandr Ramalinqom formasından uzaqdır. Bu amil növbəti görüşlərdə əsas heyətdə yer almağınız üçün sizə əlavə motivasiya vermir?

– Ölkə kuboku ilə birlikdə qış fasiləsinə qədər 4 oyunumuz qalıb. Əlbəttə ki, əlimə düşən imkanlardan maksimum dərəcədə istifadə etmək istəyirəm. Düzdür, bu mövsüm hələ qol hesabını açmamışam. Baş məşqçi daha çox şans versə, bir hücumçu kimi qol vurmaq, komandama kömək etmək üçün əlimdən gələni etməyə hazıram. Öz sözümü demək istəyirəm. Ramalinqoma gəlincə, o, yaxşı hücumçudur. Futbolçularda belə eniş dönəmləri olur. Zədəsi var idi, yəqin geriləmə bununla əlaqədardır. Ancaq ümumilikdə komandamız üçün yaxşı futbolçudur.

– Az şans qazandığınızı nəzərə alsaq, qış fasiləsindən sonra karyeranızda dəyişiklik etmək variantınız varmı?

– Razıyam, əsas heyətə düşə bilmirəm. Bu mövsüm cəmi bir matçda start heyətində yer almışam. Təbii ki, öz durumumdan razı ola bilmərəm. Ancaq karyeramda dəyişiklik etməklə bağlı fikrim yoxdur. Bütün diqqətimi “Səbail”ə yönəltmişəm. Özümü burada doğrultmaq, sözümü demək istəyirəm. Çox yaxşı kollektivimiz var. İstər rəhbərlik, istər məşqçilər korpusu, istərsə də futbolçular olsun, hamı bir-birini tamamlayır. Burada nəsə etmək niyyətindəyəm.

– Əvvəlki mövsümlərlə müqayisədə bu dəfə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmısınız. Avrokuboklara vəsiqə uğrunda mübarizəni sona qədər davam etdirə biləcəksiniz?

– Açığı, qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Yenə də bacardığımız qədər yüksək pillələrdə yer almağa, oyundan-oyuna artırmağa çalışırıq. Bu gözəl kollektivin dəyərini son tura qədər daşıya bilsək, mövsümü uğurlu nəticə ilə bitirərik. “Səbail”də bu potensial var.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-16 10:47

“Arsenal”ın futbolçusu “Latsio”da

blank
Dünya futbolu2024-07-16 10:32

Saul icarəyə verildi

blank
Dünya futbolu2024-07-16 10:15

“Barselona” onu 4 aylıq itirdi

blank
Digər2024-07-16 10:00

MİSLİ ilə qazan!

blank
Milli komanda2024-07-16 09:45

Millimizin son oyunu

blank
Ölkə futbolu2024-07-16 09:31

Bu gün yeni mövsümün püşkü atılır

blank
Ölkə futbolu2024-07-16 09:21

“Sabah”la oyun ərəfəsində vida?

blank
Ölkə futbolu2024-07-16 09:04

“Neftçi”nin hədəfindəki oyunçu ilə 750 min avro qazanır

blank
Ölkə futbolu2024-07-16 08:49

Masika “Səbail”dən xoş xatirələrlə ayrılıb

blank
Ölkə futbolu2024-07-16 08:32

Kloze də Mahiri istəyir, əlcəzairlilər də: o isə “Qarabağ”a can atır

blank
I Liqa2024-07-16 08:15

“Karvan”da iki yeni legioner

blank
Ölkə futbolu2024-07-16 08:00

Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə

blank
Dünya futbolu2024-07-15 23:00

Jiru Fransa millisindən getdi

blank
Ölkə futbolu2024-07-15 22:24

AFFA-dan klub nümayəndələri ilə onlayn görüş

blank
Ölkə futbolu2024-07-15 21:49

“Şamaxı” “Kəpəz”i məğlub etdi

blank
Dünya futbolu2024-07-15 21:31

Şakiri milli karyerasını bitirdi

blank
Ölkə futbolu2024-07-15 21:17

İtalyan tennisçinin şəkli məşhur jurnalın üz qabığında

blank
Dünya futbolu2024-07-15 21:00

Lotitodan İtaliya klublarına ittiham

blank
Digər idman növləri2024-07-15 20:41

Azərbaycan taekvondoçusu Olimpiadaya Bakıda hazırlaşır

blank
Ölkə futbolu2024-07-15 20:26

Azərbaycan şahmatçısı beynəlxaq turnirdə ikinci yeri tutub

blank
Digər idman növləri2024-07-15 20:10

Avroliqa yeni mövsümün təqvimini açıqladı

blank
Ölkə futbolu2024-07-15 19:55

Ağayev də “Neftçi”də olmayacaq, Valdes də

blank
Dünya futbolu2024-07-15 19:40

Finala sözardı: reqbi düşüncəsi ilə

blank
Digər idman növləri2024-07-15 19:25

Ulduz basketbolçu İspaniya millisinin qələbəsi şərəfinə mahnı oxudu

blank
Dünya futbolu2024-07-15 19:11

“Arsenal”ın futbolçusu “Sevilya”ya keçdi

blank
Digər idman növləri2024-07-15 18:57

ATP yeni reytinqini dərc etdi

blank
Dünya futbolu2024-07-15 18:42

“Mançester Yunayted”in futbolçusu İspaniya klubunda

blank
Dünya futbolu2024-07-15 18:30

“Sabah”ın rəqibindən yeni transfer

blank
Dünya futbolu2024-07-15 18:15

“Neftçi”nin sabiq baş məşqçisinin yeni klubu bilindi

blank
Digər idman növləri2024-07-15 18:00

Alkaras qələbəni İspaniya millisi ilə birlikdə qeyd edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm