Dünya futbolu
Zəlzələyə görə Türkiyə klubu ilə vidalaşdı

Türkiyənin “Kayserispor” klubu yarımmüdafiəçisi Qustavo Kampanyaro ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun Türkiyə klubundan ayrılmasına fevral ayında baş vermiş güclü zəlzələ səbəb göstərilib. O, ailəsi ilə birgə qardaş ölkədən ayrılmaq istədiyini bildirib və klub onun bu istəyinə əsasən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Kampanyaro 2020-ci ildən oynadığı “Kayserispor”da 90 oyuna 1 qol vurub. O, daha öncə “Yuventude”, “Braqantino”, “Verona”, “Evian”, “Ludoqorets” və “Şapekoense”də forma geyinib.

- Ölkə futbolu2023-06-08 15:17
“Qarabağ”da daha bir vida – Aftandil Hacıyevlə əvəzlənəcək
- Müsahibə2023-06-08 09:17
“Qəbələ”nin rəhbərliyindən narazıdır: “Mənə dəyər vermirlərsə, getməliyəm”
- Digər idman növləri2023-06-09 09:44
AGİN-dən biabırçı təşkilatçılıq
- Dünya futbolu2023-06-08 10:11
Mahir Emreli “Konyaspor”la vidalaşdı