Digər idman növləri
Zek Braun: “Yeniliklərin Bakıda effektiv olacağına inanmıram”
“Maklaren” komandasının icraçı direktoru Zek Braun Lando Norris və Oskar Piastrinin Melburnda xal qazandıqlarına görə sevincini büruzə edib. Bununla belə o, komandasının rəqabətədavamlı olmadığını da boynuna alır. Lakin komanda Bakıda keçiriləcək mərhələ üçün yeniliklər hazırlayır.
“Çox maraqlı yarış oldu. Nə baş verəcəyəni söyləmək mümkün deyildi. Xoşbəxtəm ki, sürücülərimiz xal qazana bildilər. Xüsusilə də Oskara görə çox şadam. İlk xalını doğma azarkeşləri qarşısında qazanması ikiqat sevindiricidir.
Lakin MCL60-ın maksimal sürətinin az olduğunu qeyd etməliyik. Bunu qaldırdıqda ötçək də bir qədər rahat olacaq. Çalışacağıq ki, qarşıdakı Bakı mərhələsinə qədər bunu bacaraq. Eyni zamanda asfalta yatma qüvvəsinə də fikir verməliyik.
İnanmıram ki, Azərbaycanda yeniliklər tam olaraq özünü göstərsin. Çox güman ki, yeniliklərin bəhrəsini daha sonrakı mərhələlərdə görəcəyik” , – deyə Zek Braun bildirib.
Xatırladaq ki, Formula 1-in növbəti mərhələsi aprelin 28-30-u aralığında Bakıda keçiriləcək.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda