Dünya futbolu
Zelinski “İnter”ə keçə bilər
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Pyotr Zelinski klubunu dəyişə bilər. Polşa millisinin yarımmüdafiəçisi tezliklə taleyinə aydınlıq gətirməlidir.
Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, yarımmüdafiəçi “İnter”in diqqət mərkəzinə düşüb. 2016-cı ildə “Udineze”dən “Napoli”yə keçən futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun azad agentə çevriləcəyi milanlıların diqqətini çəkib.
“İnter” rəsmilərindən Cüzeppe Marotta hələ bu barədə danışmaq istəmir: “Zelinskinin müqaviləsinin bitəcəyini bilirik. Amma o, hələlik “Napoli”yə məxsusdur, üstəlik, neapollular yeni anlaşma barədə müzakirələr aparır. Zamanı gözləməliyik, indi yeni transferdən danışmaq üçün tezdir”.
Futbolçunun adının “İnter”lə yanaşı hallanması əbəs deyil. 29 yaşlı oyunçu Neapol klubundakı durumundan məmnun deyil və daha iddialı komanda axtarır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə