Ölkə futbolu
“Zirə” Geryenin əvəzinə Bayramovu gətirir
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Zirə” daha bir transferi həll edib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “qartallar” “Şamaxı”nın sol cinah müdafiəçisi Fuad Bayramovla anlaşıb.
Birinci Diviziona düşən əyalət klubunda ötən mövsüm uğurlu çıxış edən gənc futbolçu ilə razılıq əldə edilib. Müqavilə yaxın günlərdə açıqlanacaq.
“Zirə”nin Donald Gerye ilə müqavilənin müddətini uzatmaması da bununla bağlıdır. “Qəbələ”dən ayrılan Məqsəd İsayevlə də anlaşan “qartallar” müdafiənin cinahlarını yerli futbolçulara tapşıracaq.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi