Premyer-liqa
“Zirə”dən “Turan Tovuz”la heç-heçə
Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.
Burada “Zirə” “Turan Tovuz”u qəbul edib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Günün digər oyununda “Sabah” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.
Turun ilk oyununda “Sumqayıt” evdə “Kəpəz”ə uduzub – 1:3. “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
2 mart
“Zirə” – “Turan Tovuz” 1:1
Qollar: Ceyhun Nuriyev, 62-pen – Belaydi Pusi, 11.
Qırmızı vərəqə: İssa Cibrilla, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Zirə İK stadionu, 16:00.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 55. Ramin Abdullayev, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.