Bizi izləyin

Ölkə futbolu

Zirvədə növbəti yerdəyişmə: “Qarabağ”ın hədiyyəsi, yoxsa?..

blank
blank

Premyer Liqaya intriqa qayıtdı. “Neftçi”nin bu mövsüm ikinci dəfə səfər oyununda “Qarabağ”ı məğlub etməsi ilə zirvə döyüşü yeni rəng aldı.

Bu matçda “Qarabağ”ın qələbəsi çempionun titulunu qoruması yolunda böyük addım olacaqdı. Hətta heç-heçə də ağdamlılara psixoloji üstünlükdə olması və əsas rəqibini özündən geridə saxlaması üçün yetərliydi. Amma başqasına ümidli qalmamaq üçün “Neftçi”nin fərqli planı var idi, onu yerinə yetirərək mərkəzi oyunun geniş müzakirə olunmasına imkan yaratdı.

Matçdan öncə “Qarabağ” favorit sayılırdı. Komplektləşmiş heyəti olan çempion zirvədə qərarlaşmışdı, rəqibini qəbul edirdi, eyni zamanda ikinci dövrədəki 6:0 hesablı qələbədən sonra psixoloji cəhətdən üstün görünürdü. “Neftçi”nin kubokla vidalaşması bakılıların düşərgəsində gərginliyi bir az da artırmışdı.

Lakin “Qarabağ”ın oyuna düzgün yanaşmaması həlledici oldu. Qonaqların əzmkarlığı, daha istəkli olması öz yerində, məhz ağdamlıların mərkəzi oyuna düzgün köklənməməsi nəticəni müəyyənləşdirdi. Digər rəqiblərlə oyunda amansız təsir bağışlayan ağdamlılar bu rəqiblə matçlarda daim təzyiq altında olur, qorxaq təsir bağışlayır.

“Qarabağ” rəqibdən çəkinməyib, ilk dəqiqələrdən hücum futbolu sərgiləsəydi, bəlkə də fasiləyədək işi bitirərdi. Amma Qurban Qurbanov ehtiyatlı oyun tərzi seçdi, topa daha çox sahib olmaqla “Neftçi”nin səhv edəcəyi anı gözləməyə başladı. Ağdamlıların baş məşqçisi bu üsulla arzuladıqları qolu vuracaqlarına, ən azı heç-heçəyə nail olacaqlarına ümid edirdi.

Ömər Buludov yersiz hərəkətlə qırmızı vərəqə alanda meydan sahiblərinin işi bir qədər də asanlaşdı. Lakin Samir Abasov əks-hücum futbolunu ən yaxşı tətbiq edən mütəxəssislərdəndi. Xüsusilə favorit komandalarla iki nömrə kimi oynadığı matçlarda bu, onda yaxşı alınır. Dünən də istisna olmadı. Namiq Ələsgərov Emin Mahmudovun müdafiənin arxasına atdığı topa vaxtında yetişib hesabı açdı. Maksim Medvedev və Bədavi Hüseynov sürətdə uduzdu, Şahruddin Məhəmmədəliyev isə bir anlıq “çərçivə”ni itirdi və paraşüt zərbəsindən sonra topu tordan çıxardı.

“Qarabağ”ın oyununun alınmamasının bir səbəbi də komandanın böyük ölçüdə asılı olduğu Abdulla Zubirin kilidlənməsi idi. Abasov sol cinahda oynayan bu futbolçunu qarşılamağı müdafiəçilərə tapşırmışdı – onlar fransıza hərəkət imkanı vermir, Zubiri mərkəzə yönəlməyə məcbur edirdi. Belə olduqda isə Mamadu Kane Abdullanın qarşısını kəsir, epizodlar içində ona qarşı fərdi oynayırdı.

“Neftçi”nin taktiki anlamda düşündüyü bu üsul ona görə effekt verirdi ki, digər cinah iflic olmuşdu. “Qarabağ”  sağ tərəfdən demək olar, hücum etmirdi. Bunu görən Qurbanov fasilədə iki əvəzləmə etdi, Xayme Romeronun meydana daxil olması, Maksim Medvedevin isə ənənəvi mövqeyinə çəkilməsi gedişatı dəyişdi. Təsadüfi deyil, ikinci hissənin əvvəlində “Qarabağ” əsl oyununu oynamağa başladı, bərabərlik qolunu vurdu. Sağ cinahın fəallaşmasından sonra “Neftçi” yarımmüdafiəsinin işi artdı, nəzarətdən daha çox yayınan Zubirin əl-qolu açıldı. Abdulla bir neçə dəfə cərimə meydançasına daxil olaraq təhlükə yaratdı.

“Qarabağ”ın da oyuna xüsusi yanaşması var idi. Mərkəz müdafiəçiəri Voislav Stankoviç və Mamadu Mbodj oyunu başlamaqda, ilk ötürməni etməkdə məharətli deyil. Bu səbəbdən top bu oyunçulara gəlincə “Qarabağ”ın oyunçuları pressinq edir, onların rahatlığını əlində alırdı. Nəticədə “Neftçi” ciddi hücum qura bilmirdi. Bakılıların iki qol vurmasına baxmayın, onlar matç ərzində ağdamlıların qapısı önündə cəmi bir real təhlükə yaratdı.

Matçın ədalətli nəticəsi heç-heçə idi. Hətta bu qədər səhlənkar oyuna rəğmən, ağdamlılar daha yaxşı görünürdü. Lakin rəqib “Neftçi”yə qələbəni hədiyyə etməyi lazım bildi. Kevin Medina kimi təcrübəli müdafiəçinin təxribata getməsi, Kaneylə münaqişəyə girməsi matçın axarını dəyişdi. Hər şey çempionun istədiyi kimi getdiyi bir zamanda yersiz qırmızı vərəqə, eyni zamanda penalti kolumbiyalının “Qarabağ”a edə biləcəyi ən böyük pislik idi. Düzdü, Kane də ikinci sarı vərəqəylə meydandan qovuldu, lakin Namiq penaltini dəqiq yerinə yetirib növbəti dəfə azlıqda olduqları halda komandasını önə keçirdi.

Son dəqiqələrdə “Neftçi”nin daha bir oyunçusu meydandan qovuldu. Lakin “Qarabağ” iki nəfər üstünlükdə ikən də oyununu nizama sala bilmədi, çempionluq yarışında 6 xallıq oyunda ciddi zərbə aldı. Oyuna uduzmamaq niyyəti ilə çıxan, qorxaq futbol sərgiləyən komanda belə aqibətə layiq idi. Qurbanovun futbolçularından narazı qalması əbəs deyil, dünən onun yetirmələri imkanlarından xeyli aşağı futbol sərgilədi.

Maraqlıdı ki, “Qarabağ” Qəbələdə də eyni aqibəti yaşamışdı. Yerli komanda azlıqda qaldıqdan sonra bərabərlik qolunu vurmuş, çempionu büdrətmişdi.

Təbii ki, çempionluq mübarizəsi bitməyib, “Qarabağ”ın bu rəqibi ilə daha bir oyunu var. Ağdamlılar heyətin genişliyi, oyunçuların keyfiyyəti baxımından üstündü, eyni səhvlər təkrarlanmasa, yenidən zirvəyə qayıdacaqlar. Dünənki məğlubiyyət bəlkə də silkələnmək üçün əla dərs oldu.

“Neftçi”yə gəlincə, bu gün komandanın ən böyük düşməni eyforiyadı. İstək, əzmkarlıq öz yerində, ancaq son qələbə daha çox rəqibin səhvlərinin nəticəsi idi. Qarşıdakı oyunlarda reallaşacaq istənilən sürpriz bu uğurun önəmini azalda bilər. Bakılılar digər matçlarda favorit kimi görünməyə öyrəşməlidi.

Artıq hər xalın ciddi önəmi var. Turnur cədvəli iki hissəyə bölünüb, ilk “dördlük”də qərarlaşanlar öz aralarındakı oyunlarda xallar itirəcək, əsas olan autsayderlərlə matçlarda büdrəməməkdi. Bu baxımdan dünən “Sumqayıt” vacib addım atdı. “Kimyaçılar” kubokdan uzaqlaşdırdıqları “Səbail”i darmadağın etməklə avrokuboklara yollanmaq istəklərin bir daha sübut etdilər.

Sumqayıtdakı matç kubokda başverənlərin təsadüf olmadığını isbatladı. Düzdü, hakimlər Bayılda “Səbail”in qəniminə çevrilmişdi. Amma dünənki matç da göstərdi ki, oyun planında “kimyaçılar” daha yaxşıdı, sadəcə, hakimlər ümumi axarı korlamışdı. Aftandil Hacıyev bəhanələrin arxasında gizlənməməli, komandasının oyununu düzəltməlidi. Heyətdəki legionerlər qovulan gənclərdən heç də yaxşı deyil, onları necə seçdiklərini, hansı üstünlüklərinə görə bu əcnəbilərə qucaq açdıqlarını izah etsin. Komanda hər yeni transferdən sonra bir qədər də zəifləyir. 0:3 biabırçı gedişin son həddi olmayacaq, növbəti turlar daha biabırçı nəticələri özüylə gətirəcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm