Digər
Əfsanəvi basketbolçu helikopter qəzasında öldü
Əfsanəvi basketbolçu Kobi Brayant faciəvi şəkildə dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, o, helikopter qəzasında ölüb. ABŞ mətbuatının yazdığına görə, 41 yaşlı keçmiş basketbolçunun yer aldığı helikopter Kaliforniya ştatında qəzaya uğrayıb. Helikopterdə qəza zamanı 5 nəfər olub və onların hamısı dünyasını dəyişib.
Kobi Brayant 1978-ci ildə, avqustun 23-də Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində dünyaya göz açıb. Onun atası Co Brayant da məşhur basketbolçu olub. Bu üzdən də Kobi uşaq yaşlarından məhz bu idman növü ilə məşğul olmağa başlayıb. Brayant peşəkar karyerası ərzində 20 il (1996-2016) yalnız bir komandanın – “Los Anceles Leykers”in uğurları üçün çalışıb. O, bu komanda ilə 5 dəfə NBA çempionu olub, ABŞ yığması ilə də 2 dəfə yay olimpiya oyunlarının qalibi adını qazanıb. Basketbolda bir sıra rekord və ilklərin müəllifidi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq