Dünya futbolu
Ələskərovlu “Bursaspor”dan rekord göstərici
Türkiyənin “Bursaspor” klubu TFF 1-ci liqada yeni rekordla diqqət mərkəzinə düşüb.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun da formasını geyindiyi bu komanda 36-cı tur çərçivəsində doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. Sözügedən qarşılaşmada Bursa təmsilçisini dəstəkləmək üçün arenaya 35 mindən çox azarkeş gəlib. Bu isə TFF 1-ci liqa tarixində yeni rekord kimi tarixə düşüb.
Qeyd edək ki, Namik də bu görüşün 75-ci dəqiqəsindən etibarən meydanda olub. Məhz onun meydana çıxmasından sonra komandası əlavə vaxtda qələbə qolunu vurub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq