Dünya futbolu
Əli Daeinin İranı tərk etməsinə icazə verildi, Fransaya yollandı
Azərbaycan əsilli keçmiş futbolçu Əli Daeinin İranı tərk etməsinə icazə verilib.
Futbolinfo.az xəbər verir ki, onun səyahət qadağası aradan qaldırılıb.
Fransanın paytaxtı Parisə yollanan Əli Daei “İnstaqram” hesabı vasitəsilə FİFA prezidenti Canni İnfantino ilə fotosunu paylaşıb.
İran millisinin ən məhsuldar futbolçusu kimi tarixə düşən keçmiş oyunçu isveçrəli funksionerin dəvəti ilə bu gün Parisdə keçiriləcək “The Best” mükafatlandırma mərasiminə qatılacaq.
Ölkədəki etirazlara dəstək verdiyi üçün İran təhlükəsizlik xidmətləri 2022-ci ilin oktyabrında Əli Daenin pasportunu müsadirə edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…