Ölkə futbolu
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, “Panatinaikos” və “Aris” komandaları arasındakı oyunu idarə edəcək.
Çempionluq qrupunun 6-cı turu çərçivəsində baş tutacaq bu oyunda Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Mayın 1-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi