Dünya futbolu
Əliyevli “Ximki” yarımfinalda
Futbol üzrə Rusiya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də bu turnirdə növbəti matçını keçirib.
Sözügedən komanda doğma meydanda Moskva “Torpedo”su ilə qarşılaşıb. “Simurq”un sabiq çalışdırıcısı Sergey Yuranın çalışdırdığı “Ximki” bu oyunda 5:1 hesablı drmadağına imza atmaqla yarımfinala yüksəlib.
Kamran da bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb. Əliyevin komandası növbəti mərhələdə “Şinnik” – “Ural” cütünün qalibi ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşü isə Moskva “Spartak”ı ilə “Zenit” arasında keçiriləcək. Azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyevin formasını geyindiyi “Spartak” 1/4 finalda digər paytaxt təmsilçisi ÇSKA-ya 3:2 hesabıyla qalib gəlib. Ayaz bu oyunda sonadək ehtiyatda qalıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı