Ölkə futbolu
Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu
Bu gün Avropa Liqasında 1/4 final mərhəsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
“Bayer” “Vest Hem”lə üz-üzə gəlib və doğma meydanda inamlı qələbə qazanıb. “Benfika” da Marsel “Olimpik”ini məğlub yola salıb.
“Liverpul” “Atalanta” ilə ev oyununda gözlənilməz darmadağınla üzləşib. İtaliya duelində də “Milan” “Roma” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.
Bu mərhələnin cavab görüşləri aprelin 18-də keçiriləcək.
Avropa Liqası
1/4 finalın ilk oyunları
11 aprel
“Milan” (İtaliya) – “Roma” (İtaliya) 0:1
Qol: Mançini, 17.
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) 0:3
Qollar: Skamakka, 38; 60. Paşaliç, 83.
“Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə) 2:0
Qollar: Hofmann, 83. Bonifase, 90+1.
“Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa) 2:1
Qol: Rafa Silva, 16. Di Mariya, 52 – Obameyanq, 67.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…