Bizi izləyin

Ölkə futbolu

Bir anın 5 hökmü, mövsümün 5-ci məşqçi istefası

blank
blank

Misli Premyer Liqasının XXIX turu müxtəlif məqamlarla yadda qaldı. Baş məşqçi istefasından tutmuş ikinci yerin növbəti dəfə sahibinin dəyişməsinədək bir çox maraqlı məqamların şahidi olduq.

“Kəpəz” 9-cu pillədə qalmaq istəmir

“Kəpəz”lə oyunadək son 6 matçda qələbə üzü görməyən “Araz-Naxçıvan” tilsimi qırmaq, azarkeşlərini sevindirmək istəyirdi. Əslində, ilk dəqiqələr Naxçıvan klubunun bunu bacaracağını deməyə əsas verirdi. Çünki oyuna yaxşı başlayan meydan sahibləri ardıcıl hücumlar qururdu. Bunun məntiqi nəticəsi olaraq, çox keçmədi ki, hesab açıldı. 16-cı dəqiqədə Miço Kuzmanoviçin cərimə meydançası həndəvərindən yaxın küncə hiyləgər zərbəsi qarşısında “Kəpəz”in qolkiperi İqor Rodriqes aciz qaldı.

Fasiləyədək gəncəlilər, demək olar ki, heç nə ilə yadda qalmadılar. Əksinə, “Araz-Naxçıvan” bir neçə dəfə hesab arasındakı fərqi artırmağa yaxın oldu. Amma ələ düşən fürsətlərdən istifadə etmək mümkün olmadı.

İkinci hissəyə “Kəpəz” daha istəkli başladı. Adil Şükürovun komandası artıq 54-cü dəqiqədə hesabı bərabərləşdirməyə nail oldu. Qonaqların liderlərindən olan Martins Junior rəqib komandadakı həmkarı Kuzmanoviçin qol vurduğu məsafədən uzaq küncü dəqiq nişan aldı. Bu qol baxımlılığına görə Miçonun qolundan heç də geri qalmadı.

“Status-kvo”nu bərpa edən “Kəpəz” qələbə qolunu vurmaq üçün hücumlarını davam etdirdi. Qonaqlar bu istəklərinə də çatdılar. 62-ci dəqiqədə Mate Kvirkviya cərimə meydançası daxilindən əla zərbə ilə topu uzaq küncə göndərdi. Sonrakı dəqiqələrdə hər iki komandanın təhlükəli hücumları, qol vəziyyətləri olsa da, matçda hesab dəyişmədi. “Kəpəz” vacib qələbə qazanaraq, turu məğlubiyyətlə başa vurmuş “Qəbələ”dən bir qədər də uzaqlaşdı, üstəlik, “Araz-Naxçıvan”la aradakı xal fərqini 2-yə endirdi. Qələbəsizlik seriyası 7 oyuna çatan Naxçıvan klubunda isə baş məşqçi Azər Bağırov bu görüşdən sonra postunu tərk etdi. Bu, cari mövsümdə 5-ci məşqçi istefası oldu. “Araz-Naxçıvan”a qədər “Kəpəz”, “Neftçi”, “Sabah” və “Qəbələ”də də analoji hal yaşanmışdı.

Tovuzun sevimlisinə çevrilən Souza, “Sabah”dan alınan 7 xal

Krunoslav Renduliçin rəhbərliyi altında ilk məğlubiyyətini ötən tur “Zirə”dən alan “Sabah” Tovuza qələbə dalınca yollansa da, bu turu da xalsız başa vurdu. “Turan Tovuz”la bu mövsüm keçirilən əvvəlki 3 oyunun birində Ayxan Abbasovun yetirmələri, digərində “Sabah” qələbə qazanmış, 3-cü dövrədəki görüşdə isə heç-heçə qeydə alınmışdı.

Avrokuboklara vəsiqə qazanmaq şansını saxlayan “Turan Tovuz” “doğma divarlar” arasındakı qarşılaşmaya fəal başladı. Ardıcıl hücumlar quran meydan sahibləri 26-cı dəqiqədə istəklərinə çatdılar. Davit Volkovun geriyə yanlış ötürməsindən sonra topu ələ keçirən Aleks Souza cərimə meydançasına daxil olar-olmaz uzaq küncü dəqiq nişan aldı. Bu, tədricən “Turan Tovuz”un liderinə, tovuzlu azarkeşlərin isə sevimlisinə çevrilən Souzanın Azərbaycan çempionatında 5-ci qolu oldu. Fasiləyə az qalmış “Sabah” hesabdakı tarazlığı bərpa etməyə yaxın oldu. Di gəl ki, Cesse Sekidikanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra ev sahiblərinin qapıçısı Aydın Bayramov əla oynayaraq komandasını qoldan xilas etdi.

Renduliç fasilədə 1 dəyişikliyə əl atdı. Xorvatiyalı çalışdırıcı komandasının hücumda daha kəsərli olması üçün Jarl Marqaritanın əvəzinə Kahim Parrisi meydana buraxdı. İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Tərəflərdən heç biri digərinin üstünlüyü tam olaraq ələ keçirməsinə imkan vermirdi.

Oyunda yekun hesabı müəyyənləşdirən qol 82-ci dəqiqədə vuruldu. “Turan Tovuz”un yerinə yetirdiyi cərimə zərbəsinin yekununda Otto Con topu sinəsi ilə qəbul edib, dəqiq zərbə ilə toru silkələdi. Əvvəlcə qol qeydə alınmasa da, VAR-ın müdaxiləsindən sonra həmin epizodda ofsaydın olmadığı bildirildi. Beləliklə, “Turan Tovuz” vacib qələbə qazanaraq, turnir cədvəlində 6-cı pilləyə yüksəldi.

Rüfət irəliyə, komandası geriyə

Turun ən bolqollu oyunu “Qarabağ” və “Səbail” arasında keçirildi. Meydana çempion statusunda çıxan Ağdam klubu bu görüşdə də çətinlik yaşamadı. Düzdür, oyunda hesabı qonaqlar açdılar. 7-ci dəqiqədə Rüfət Abdullazadənin kornerdən ötürməsi zamanı Andrey Lunyovun çıxışda səhvə yol verməsi qolla nəticələndi. Nir Bardea bu səhvi bağışlamayaraq, dəqiq baş zərbəsi ilə adını tabloya yazdırdı.

Qonaqların hesabdakı üstünlüyü çox çəkmədi. 15-ci dəqiqədə Yassin Benzia ustalıq səviyyəsini nümayiş etdirərək, cərimə zərbəsindən möhtəşəm qola imza atdı. “Qarabağ” fasiləyədək hesabda önə keçməyi də bacardı. Yenə səhnəyə Benzia çıxdı. O, Juninyonun ötürməsindən sonra topu boş qapıya göndərdi. Bu, əlcəzairli yarımmüdafiəçinin Misli Premyer Liqasının cari mövsümündə 11-ci qolu oldu.

Fasilədən sonra da hər iki komanda ilk hissədəki qədər qol vurdu. Əvvəlcə Juninyoya qarşı cərimə meydançası daxilindəki kobud oyuna görə “Qarabağ” penalti vurmaq hüququ qazandı. Topa yaxınlaşan Toral Bayramov isə adəti üzrə şansı qaçırmadı. Düzdür, həmin epizodda “Səbail”in qapıçısı Səlahət Ağayev zərbənin ünvanlandığı cinahı düz tapdı, ancaq onu dəf etməyi bacarmadı.

87-ci dəqiqədə maraqlı məqam yaşandı. Bunadək heyətdə heç bir dəyişikliyə əl atmayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov eyni anda 5 dəyişikliyin hamısından istifadə etdi. “Bir anın 5 hökmü” futbolda nadir hallarda müşahidə edilən məqamlardan idi.

Son dəqiqələrdə əvvəlcə “Səbail” hesab arasındakı fərqi azaltdı. Hazırda əla formada olan Rüfət Abdullazadə cərimə meydançası həndəvərindən dəqiq və baxımlı zərbə ilə Lunyova heç bir şans vermədi. Nəticədə Rüfət “Qarabağ”la oyunda 1 qol və 1 assist müəllifi oldu.

Matçda son nöqtəni isə “Qarabağ” qoydu. Məhz 87-ci dəqiqədə meydana çıxan futbolçulardan biri – Adama Diakabinin ara ötürməsini Nəriman Axundzadə qolla tamamladı. Beləliklə, Toral Bayramov kimi, Nəriman da çempionatın cari mövsümündəki qollarının sayını 9-a çatdırdı.

Bu məğlubiyyətdən sonra “Səbail” 7-ci pilləyə yuvarlandı. Belə gedişlə Şahin Diniyevin komandası avrokuboklardan kənarda qala bilər.

“Zirə” yenidən 2-ci pillədə, “Qəbələ”nin çarəsi tapılmır

4 gün öncə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”ni 2:1 hesabı ilə üstələyən “Zirə” eyni rəqiblə bu dəfə çempionatda üz-üzə gəldi. Görüşün gərgin mübarizə şəraitində keçəcəyi ehtimal olunsa da, Rəşad Sadıqovun komandası buna imkan vermədi.

Matça əla başlayan “qartallar”ın hesabı açması üçün 4 dəqiqə bəs etdi. Salifu Suma və Qismət Alıyevin iştirakı ilə qurulan hücumu Rəhim Sadıxov dəqiq zərbə ilə tamamladı. 25-ci dəqiqədə meydan sahibləri fərqi artırdılar. Salifu Sumanın yenə yaxından iştirak etdiyi hücumun davamında Rəhim Sadıxovun dabanla ötürməsindən sonra Ceyhun Nuriyevin zərbəsinin qarşısını kəssələr də, Rafael Utziq önünə düşən topu boş qapıdan keçirməkdə çətinlik çəkmədi. Bununla da Utziq sabiq komandasını cəzalandırmış oldu. Fasiləyədək daha bir qol vuran “Zirə”də bu dəfə Ceyhun Nuriyev adını tabloya yazdırdı.

“Qəbələ”nin çalışdırıcısı Kaxaber Sxadadze fasilədə 2 dəyişikliyə əl ataraq, Samuel Tetteh və Bilel Auaşeriyanı meydana buraxdı. Ancaq əvəzetmələr də qonaqların oyununa müsbət təsir etmədi. Əksinə, “Zirə” ikinci hissədə daha 1 qol vurdu. Utziqin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Fuad Bayramov sol ayağı ilə qüvvətli zərbə vuraraq, topu tora qovuşdurdu – 4:0.

Bu qələbə sayəsində “Zirə” turnir cədvəlində ikinci pilləyə yüksəldi. Sxadadzenin gəlişindən sonra da məğlubiyyətləri sıralayan “Qəbələ” isə bataqlıqda çırpınmağa davam edir. Bölgə təmsilçisi artıq 9-cu pillədən qərarlaşan “Kəpəz”dən 14 xal geridədir.

“Neftçi” və “Sumqayıt”a sərf etməyən nəticə

blank

Tura “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vuruldu. Hər iki komandanın 2-ci pilləyə iddialı olması matçın prinsipiallığını artırırdı. 4-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu Roi Kehat topu qapıdan keçirsə də, həmin epizodda haqlı olaraq ofsayd qeydə alındı. Bununla belə, qonaqlar hesabı erkən açmaq arzularına çatdılar. 13-cü dəqiqədə Rövlan Muradovun cərimə meydançası daxilinə yerlə ötürməsinin qarşısını kəsmək istəyən Yuri Matias avtoqol müəllifi oldu.

Hesabda geri düşdükdən sonra “Neftçi” fəallığı artırdı. Öz növbəsində, qonaqlar da üstünlüyün “ağ-qaralar”a keçməməsinə çalışır, təhlükəli əks-hücumlar qururdular. “Neftçi”nin fasiləyəqədərki bütün cəhdləri faydasız qaldı. Əvəzində az qala “Sumqayıt” fasiləyə 2 top fərqi ilə yollanacaqdı. Lakin Kasimir Ninqa rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vura bilmədi. Komandasını qoldan xilas edən Rza Cəfərov matç ərzində bir neçə dəfə özünü yaxşı tərəfdən göstərdi.

Məğlubiyyətdən xilas olmaq istəyən “Neftçi” ikinci hissədə hücumlarının sayını artırdı. Epizodların birində Rəhman Hacıyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətov yaxşı oynadı. “Sumqayıt”ın cavab həmləsində isə Ninqanın ötürməsindən sonra Abu Dosso əlverişli mövqedən topu tora qovuşdura bilmədi. Az sonra cərimə meydançası daxilində nəzarətsiz qalan Rövlan Muradovun zərbəsinin qarşısını Rza Cəfərov kəsdi.

69-cu dəqiqədə “Neftçi”nin futbolçusu Moreno rəqibin cərimə meydançasında yerdə qaldı. Referi Elçin Məsiyev əvvəlcə qayda pozuntusunun olmadığını bildirsə də, VAR-ın müdaxiləsindən sonra epizodu incələmək məcburiyyətində qaldı və yekunda “Sumqayıt”i penalti ilə cəzalandırdı. “Ağ nöqtə”yə yaxınlaşan Emin Mahmudov az qala şansı qaçıracaqdı. Adətən 11 metrlik cərimə zərbələrini soyuqanlı şəkildə qola çevirən Mahmudovun budəfəki zərbəsinin qarşısını Mehdi Cənnətov kəssə də, qayıdan topu Emin təkrar zərbə ilə tora qovuşdurdu. Qolun sevincini yaşayan kimi isə baş məşqçi Miodraq Bojoviç onu meydandan çıxartdı. Kapitanın bu qərardan narazı qalması diqqətdən qaçmadı.

Ev sahiblərinin son dəqiqələrdəki təzyiqinə baxmayaraq, matç 1:1 hesabı ilə nəticələndi və bu hesab “Neftçi” ilə “Sumqayıt”dan çox “Zirə”nin işinə yaradı.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm