Ölkə futbolu
Əmir Ağayev azərbaycanlı sayılmasından məmnun deyil: “Xeyr, mən israilliyəm”
İsrailin “Aşdod” klubunun Vikipedia səhifəsi bu mövsümün əvvəlində heyətlərinə qatdıqları Əmir Ağayevi azərbaycanlı futbolçu kimi göstərib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan vətəndaşlığı olmayan futbolçunun bu cür göstərilməsi Ağayevin özünün də ürəyincə deyil.
Bununla bağlı futbolçuya müraciət etdik. Bəlkə Əmir milliləşdirilib, xəbərimiz yoxdu. Amma onun cavabı sərt şəkildə gəldi: “Xeyr, mən israilliyəm, Azərbaycan millisinin futbolçusu deyiləm”.
AFFA-nın 2020-ci ildə israrla milliləşdirmək istədiyi Ağayevin bu təpkisi onun Azərbaycanda çıxış etmək istəyinin heç zaman olmamasının göstəricisidir. Bu şəxsi “Sumqayıt”da yerli futbolçu kimi oynadanlar utansın.
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov
- Premyer-liqa2024-05-18 18:58
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
- Ölkə futbolu2024-05-19 10:44
Mahirin 2024-cü ildə ilk oyunu
- Premyer-liqa2024-05-18 09:00
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı