Dünya futbolu
Ən çox qazanan məşqçilər və futbolçuların adları açıqlandı
“France Football” nəşri dünyanın ən çox qazanan futbolçu və məşqçilərinin adlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, dünyada ən çox qazanan futbolçu “Barselona”nın kapitanı Lionel Messidir. Argentinalı hücumçunun gəliri 131 milyon avrodur. İkinci sırada 118 milyonla Kriştiano Ronaldo (“Yuventus”), 3-cü isə 95 milyonla Neymardır (PSJ).
“France Football” nəşrinə görə illik ən çox qazanan baş məşqçi Dieqo Simeonedir. “Atletiko”nu çalışdıran argentinalı mütəxəssisin gəliri 40,5 milyon avrodur. İkinci “İnter”in çalışdırıcısı Antonio Kontedir. İtalyan baş məşqçi illik 30 milyon avor qazanır. Üçüncü sırada isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yer alıb. İspan çalışdırıcının gəliri 27 milyon avrodur.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…