Dünya futbolu
Ərəblər Mourinyonu rekordçu etmək istəyir
Joze Mourinyo yayda iş yerini dəyişə bilər. Təcrübəli portuqaliyalı mütəxəssis yenə də ən tələb olunan məşqçilərdəndir.
Futbolinfo.az xəbər verir ki, bir ara PSJ-yə gedəcəyi gündəmdə olan məşqçi ilə “Tottenhem” də maraqlanır. Amma əsas müştərilərdən biri “Çelsi”dir. Frank Lempardı mövsümün sonuna kimi müvəqqəti olaraq komandanın başına gətirən rəhbərliyin danışıq apardığı şəxslərdən biri “zadəganlar”ın sabiq çalışdırıcısıdır.
Mourinyonun daha bir müştərisi Asiyadandır. İllərdir milli komandada işləmək istəyən portuqaliyalını Səudiyyə Ərəbistanı arzusuna çatdıra bilər. Ərəblərin təklif etdiyi məbləğ isə Mourinyonu bütün dövrlərin ən çox qazanan məşqçisi edəcək. Joze razılıq versə, iki illik müqavilə üçün 120 milyon avro qazanacaq (CorSport).
60 yaşlı Mourinyo “Roma”da ikinci mövsümünü keçirir. Onun İtaliya klubu ilə daha bir illik anlaşması var, lakin rəhbərlik portuqaliyalının heyətin gücləndirilməsi üçün istəklərini yerinə yetirmədiyindən yayda yolların ayrılması gözlənilir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı