Digər idman növləri
MBA-da müntəzəm çempionatın sonu
Bu gün Milli Basketbol Assosasiyasında müntəzəm çempionat sona çatacaq. Ənənəvi olaraq çempionatın son günündə bütün komandalar meydançaya çıxacaq. Ümumilikdə 15 oyun baş tutacaq.
MBA-nın təqviminə uyğun olaraq, oyunlar iki vaxtda başlayacaq. Bakı vaxtilə saat 21:00-da 7 oyun start götürəcək. Qalan 8 oyun isə 23:30-da başlayacaq.
Əsas intriqalardan biri Qərb konfransında qalibin kim olacağıdır. Son illərdə ilk dəfədir ki, qalib axırıncı günə qədər müəyyənləşməyib. 3 komandanın qələbə və məğlubiyyət sayı eynidir. Əlavə göstəricilərə görə hələlik “Oklahoma-Siti Tanders” “Minnesota Timbervulvz” və son çempion “Denver Naggets”i qabaqlayır. Evdə “Dallas Maveriks” i məğlub edəcəkləri təqdirdə onlar konfransda qalib olaraq meydan üstünlüyünə sahib çıxacaqlar.
Digər bir intriqa birbaşa pley-offa vəsiqənin hansı komanda tərəfindən qazanılacağıdır. Şərq konfransında 5-ci sırada “Filadelfiya Siksers”, 6-da “İndiana Peysers” və 7-də “Orlando Mecik”dir. Hər 3 komandanın 46 qələbəsi var. 8-ci yerdə qərarlaşan “Mayami Hit” onlardan bir qələbə geri qalır.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə